Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Laçın rayonunun Pircahan inzibati-ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əli

Alıqulu

  • Ana Səhifə
  • Vikipediya
  • Alıqulu

Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonunun Pircahan kənd inzibati ərazi dairəsində kənd.

Alıqulu
39°44′48″ şm. e. 46°24′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 64 nəf. (2010)
Xəritəni göstər/gizlə
Alıqulu xəritədə
Alıqulu
Alıqulu

Mündəricat

Tarixi

Laçın rayonunun Pircahan inzibati-ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Mədəniyyəti

Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer–mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il qərarı ilə Alıqulu kənd mədəniyyət evinə şəhid Sədrəddin Nurəddin oğlu Allahverdiyevin adı verilmişdir.

Coğrafiyası və iqlimi

Alıqulu kəndi rayon mərkəzinin şimal-qərbində yerləşir. Rayon mərkəzindən 36 km məsafədədir. Ərazisi 834 ha-dır (Meşəli ərazilər daxil deyildir). Kənd Pircahan kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Dəniz səviyyəsindən 1500–1600 mr yüksəklikdədir. Laçın–Kəlbəcər, Laçın–Şəlvə–Qorçu magistral yolunun üstündədir. Pircahan, Aşağı Qaraçanlı, Yuxarı Qaraçanlı, Bülövlük yaşayış məntəqələri ilə həmsərhəddir. Kəndin ətrafında "Mirəyal" dağ meşələri, Yalkənd dağı və Şeştaxta adlanan düzənlik, Qızdırma bulağı, Daş bulaq və s. yerləşir.

Əhalisi

Erməni işğalınadək kənd əhalisi əsasən Azərbaycan türklərindən ibarət idi. Lakin assimlyasiya olunmuş kürdlər də yaşayırdılar. Belə ki, Məmmədsəfilər deyilən nəslin əsli 19-cu əsrin əvvəlində İrandan gəlmiş kürd idi. Erməni işğalında qədər kənddə evlərin sayı 86, əhalinin sayı 369 nəfər olmuşdur.

Tanınmış şəxsiyyətlər

  1. Novruz Əzimov (1960) — Bakı futbol klubunun baş məşqçisi.

Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fatehlər

  1. Allahyarov İlqar Nurəddin oğlu — 10 yanvar 1994-cü ildə Füzuli rayonunda şəhid olub.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alıqulu haqqında məlumat. Alıqulu nədir? Alıqulu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bovinae

  • Fevral 27, 2026

    Nizami Əruzi

  • Fevral 19, 2026

    İnterfeys

  • Mart 01, 2026

    Moynak

  • Fevral 24, 2026

    General-mayor (Azərbaycan)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst