Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional h

Affekt

  • Ana Səhifə
  • Vikipediya
  • Affekt

Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir.

Mündəricat

Affekt halının formaları

Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir.

Affekt halının fizioloji əlamətləri

  • Ürək döyüntüsünün artması
  • Təngənəfəslik
  • Boğazda qəhər
  • Əzələlərdə spazm və gərginlik
  • Tez yorulma
  • Ağrılar
  • Yuxu pozuntusu
  • İştahasızlıq
  • Ürəkbulanması, qusma
  • Cinsi gücsüzlük, tez boşalma
  • Qaşınma, soyuq və isti tərləmə

Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir.Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağaqorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox büruzə verir.

Fizioloji affekt

Fizioloji affekt norma çərçivəsindən kənara çıxmayan emosional haldır. Başqa emosional hallardan fizioloji affekt yaranma və cərəyan etmə mexanizminə görə fərqlənir. Fizioloji affekt üç xarakterik xüsusiyyətlə səciyyələnir.

  • Fizioloji affekt qəflətən yaranan, olduqca qüvvətli, lakin qısa müddətli emosional haldır.
  • Onun əsasını hər bir sağlam adama xas olan təbii neyrodinamik proseslər təşkil edir.
  • Fizioloji affektin diaqnostikası və tədqiqi tamamilə məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aiddir.

Fizioloji affektin yaranma səbəbi

Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır( qanunazid zorakılıqdır). İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, affekt sözünün mənası, affekt haqqında məlumat. affekt nədir? affekt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ekvador bayrağı

  • Fevral 28, 2026

    Miqyas (xəritə)

  • Mart 06, 2026

    Ruhlar dünyası

  • Mart 05, 2026

    Sahilqartalı

  • Mart 01, 2026

    Yenişəhər

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst