Adel Ekzarkopulos (fr. Adèle Exarchopoulos; 22 noyabr 1993, Paris) — Fransa aktrisası, Kann kinofestivalının "Qızıl Palma Budağı" mükafatının ən gənc sahibi. O, bu mükafata "Adelin həyatı" filmindəki roluna görə layiq görülüb.
| Adel Ekzarkopulos | |
|---|---|
| |
| Doğum tarixi | 22 noyabr 1993 (32 yaş) |
| Doğum yeri | |
| Uşağı | 1 |
| Fəaliyyəti | aktrisa, model[d], kino aktrisası |
| Fəaliyyət illəri | 2006-cı ildən |
| Boyu | 173 sm |
| IMDb | ID2650819 |
Həyatı və karyerası
Adel Parisin XIX dairəsində, de Fet meydanı yaxınlığında böyüyüb. Onun atası Didye Ekzarkopulos gitara ifaçılığı müəllimi, anası isə tibb bacısı olub. Adelin özündən kiçik iki qardaşı var. Aktrisanın babası əslən yunan olub.
Adelin valideynləri qızlarının utancaqlığını aradan qaldırmaq üçün, onu doqquz yaşında aktyorluq kursuna yazdırıblar. O, bu kursa 2005-ci ilədək getməyə davam edib, məhz bu ildə onun aktrisa kimi kinoda debütü olub. O, Martha filmində debüt edib. 2006-cı ildə o kino agentinin diqqətini cəlb etmiş və fransız teleserialı olan "R.I.S, police scientifique" teleserialında epizodik rolda çəkilmişdir. On üç yaşı olarkən Adel Boxes filmində rol alıb..
Adel müxtəlif illərdə bir neçə filmlərdə rol alıb: Les Enfants de Timpelbach (2008), The Round Up (2010), Turk's Head (2010), Chez Gino (2011), Carré blanc (2011), Pieces of Me (2012) və I Used to Be Darker (2013).
Ancaq Adelə aktrisa kimi ciddi beynəlxalq uğuru 2013-cü ildə Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilmiş "Adelin həyatı" filmindəki rolu gətirib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. "Adelin həyatı" Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif edildiyi yeganə filmdir. Adel Lea Seydu ilə birlikdə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Adel həmçinin "Qızıl Palma Budağı"-nı qazanmış ən gənc aktrisa kimi tarixə düşüb. 2017-ci ilin mart ayında ana olacağını elan edib. Aktrisanın oğlu olub.
Filmoqrafiya
| İl | Film | Rolu | Qeydlər |
|---|---|---|---|
| 2007 | Boxes | Lilli | |
| 2008 | Les Enfants de Timpelbach | Marianne | |
| 2010 | The Round Up | Anna Traube | |
| Turk's Head | Nina | ||
| 2011 | Chez Gino | Maria Roma | |
| Carré blanc | Marie (gənc) | ||
| 2012 | Des morceaux de moi | Erell | |
| 2013 | I Used to Be Darker | Camille | |
| Adelin həyatı | Adel | Kann kinofestivalı Qızıl Palma Budağı 2013-cü ilin Mərkəzi Ohayo Film Tənqidçilər Assosiasiyası Ən yaxşı aktrisa, Filmdə ən yaxşı irəliləyiş Sezar mükafatı" Ən perspektivli təzə oyunçu 2013-cü ilin Çikaqo Film Tənqidçilər Assosiasiyasının Mükafatı Mükəmməl Performans 19-cu Critics' Choice Mükafatı Ən yaxşı gənc aktyor/aktrisa 2013-cü ilin Dublin Film Tənqidçilər Birliyi Ən yaxşı aktrisa, Ən yaxşı yeni sima 15-ci Qızıl Ulduz Ən yaxşı aktrisa, Ən yaxşı yeni qadın siması 2014-cü ilin Globes de Cristal Mükafatı Ən yaxşı aktrisa 2013-cü ilin İndiana Film Tənqidçilər Assosiasiyası Ən yaxşı aktrisa 2013-cü ilin Los Anceles Film Tənqidçilər Assosiasiyasının Mükafatı Ən yaxşı aktrisa 2013-cü ilin Film Tənqidçilərin Milli Cəmiyyət Mükafatı Ən yaxşı aktrisa 2013-cü ilin Nyu York Film Tənqidçilərinin Onlayn Mükafatı Ən mükəmməl performans 19-cu Lümyer Prisi Ən yaxşı qadın aktrisa 2014-cü ilin Santa Barbara Beynəlxalq Film Festivalı Virtuoz Mükafatı 2013-cü ilin Yuta Kinotənqidçilər Assosiasiyasının Mükafatı Ən yaxşı aktrisa 2013-cü ilin "Village Voice Film" Mükafatı Ən yaxşı aktrisa | |
| 2014 | Insecure | Jenny | |
| Voyage vers la mère | Marie Louise | ||
| 2015 | Les anarchistes | — | |
| Down By Love | Emma | ||
| M | Lila | ||
| Rochemort | Anne | ||
| The Last Face | — | ||
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, adel ekzarkopulos sözünün mənası, adel ekzarkopulos haqqında məlumat. adel ekzarkopulos nədir? adel ekzarkopulos nə deməkdir?
