Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan

Adəm körpüsü

  • Ana Səhifə
  • Vikipediya
  • Adəm körpüsü

Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt.

Adəm körpüsü: kosmosdan çəkiliş
Adəm körpüsü: təyyarədən görünüş
Aazdəm körpüsü: xəritə

Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var.

Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır.

Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar. Ramayana eposuna görə körpü imperator Ramanın əmri ilə inşa edilmişdir. Əfsanəyə görə tikinti işləri Vişvakarmanın oğlu Nalının rəhbərliyi altında, üstəlik vanara ordusunun dəstəyi ilə inşa edilmişdir. Bu körpü ilə Ramanın ordusu Şri-Lankada yerləşən iblis Ravannın ordusu ilə vuruşmaq məqsədi ilə hərəkət etmişdir. Səbəb isə Ramanın sevgilisi Situnun oğurlanması olur.

Müsəlmanların əfsanəsinə görə Adəm Cənnətdən qovularkən Şri-Lankada yerləşən Adəm dağına atılır. Əfsanəyə görə Həvva isə bu zaman Ciddə ətrafı ərazilərdə olur. Adəm (əlehisallam) onun yanına getmək məqsədi ilə bu quru yolu, keçiddən istifadə etmişdir.

Hal-hazırda Hindistan hökuməti Hindistan və Şri-Lanka arasında boğazın dərinləşdirilməsi üçün bir layihə hazırlamışlar. Bu ada ətrafına 30 saatlıq naviqasiya (təxminən 400 km) qənaət edəcək. Layihənin müxalifləri isə Ramasetin ölkənin tarixi irsi kimi qorunmalı olduğunu bəhanə edərək buna qarşı çıxırlar.

Ədəbiyyat

  • When Megaengineering Disturbs Ram: The Sethusamudram Ship Canal Project / Michiel van Dijk and Virginie Mamadouh // Engineering Earth. The Impacts of Megaengineering Projects. In 3 volumes. Vol. 1 / Ed. Stanley D. Brunn. — Springer, 2011. — e-ISBN 978-90-481-9920-4. — DOI 10.1007/978-90-481-9920-4. — Ch. 18. — P. 297.
  • Physical Geography // Ceylon. A General Description of the Island, Historical, Physical, Statistical. In 2 vols. Vol. 1. — Asian Educational Services, 1994 (reprint, first published in 1876). — Ch. IV. — Pp. 58—61.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, adəm körpüsü sözünün mənası, adəm körpüsü haqqında məlumat. adəm körpüsü nədir? adəm körpüsü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Əks-partizan

  • Fevral 27, 2026

    Mərv döyüşü

  • Mart 01, 2026

    Cəlalabad (Əfqanıstan)

  • Fevral 27, 2026

    Adidas

  • Fevral 27, 2026

    Ruan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst