Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Acıbac (erm. Աջաբաջ, qədim adıyla: Acaran, Acarac) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən Nor Astğaberd kənd icmasına daxil olan kiçik d

Acıbac

  • Ana Səhifə
  • Vikipediya
  • Acıbac

Acıbac (erm. Աջաբաջ, qədim adıyla: Acaran, Acarac) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən Nor Astğaberd kənd icmasına daxil olan kiçik dağ kəndi.

Acıbac
39°15′ şm. e. 46°05′ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Region Sünik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 28 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Acıbac xəritədə
Acıbac
Acıbac
Acıbac xəritədə
Acıbac
Acıbac
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangölçayın sahilində, dəniz səviyyəsindən 1929 m yüksəklikdə, Zəngəzur dağlarının ətəyində, Qazangöldən 12 km məsafədə yerləşir.

Mündəricat

Tarixi

Acıbac kəndi tarixən türk kəndi olub, Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. 1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1931-ci ildə Acıbac kəndində kolxoz qurulmuş, lakin kolxoz bir neçə dəfə qonşu Pəyhan kolxozuna birləşdirilmiş və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmışdır.

Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmış, 1988-ci ilə kimi isə 8 illik məktəb şəklində fəaliyyət göstərmişdir. 1937–39-cu illərdə kənddən ona yaxın adam heç bir günahı olmadan repressiyaya məruz qalmışdır. Acıbac kəndindən 38 nəfər İkinci dünya müharibəsində iştirak etmiş, onlardan 17 nəfəri geriyə qayıtmamışdır.

Etimologiyası

Osmanlı İmperiyasının 1593-cü ildə tərtib etdiyi "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri"ndə kəndin adı "Acbacı" şəklində göstərilmişdir. Xalq etimologiyası ilə "acı bacı" kimi izah edilir.

Əhalisi

1886-cı ilin statistik məlumatlarına görə kənddə 202 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci il deportasiyasına kimi kənddə bütünlüklə azərbaycanlılar yaşasa da, kənd əhalisinin kəndlərindən çıxarılmasından sonra kəndə ermənilər köçməyə başlamışlar.

Ermənistan Respublikası Statistika Xidmətinin 2001-ci ilin yekun rəsmi statistikasına görə kənddə 30 nəfər yaşayır.

Kəndin toponimləri

  • Toxmaq
  • Maralölən çeşməsi
  • Çobanöldürən bulaq
  • Baldırqanlı bulaq
  • Əbədərə
  • Qarayataq
  • Məmmədlər
  • İlbənd
  • Dəf
  • Daşkörpü
  • Motalqaya
  • Sarıyurd

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, acıbac sözünün mənası, acıbac haqqında məlumat. acıbac nədir? acıbac nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Bulbophyllum argoxanthum

  • Mart 01, 2026

    İndoneziyalılar

  • Mart 01, 2026

    Gülüstan-Bayatı-Şiraz

  • Mart 06, 2026

    Nəzmiyə Dəmirəl

  • Fevral 27, 2026

    Alpinioideae

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst