Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Achrioptera manga — Madaqaskarda və Komor adaları arxipelaqında yaşayan, çubuq həşəratları ailəsinə aid bir növ. Çubuq həşəratları adətən ətraf mühitə uyğunlaşa

Achrioptera manga

  • Ana Səhifə
  • Vikipediya
  • Achrioptera manga

Achrioptera manga — Madaqaskarda və Komor adaları arxipelaqında yaşayan, çubuq həşəratları ailəsinə aid bir növ. Çubuq həşəratları adətən ətraf mühitə uyğunlaşaraq kamuflyaj olma qabiliyyətinə malikdirlər, lakin "Achrioptera manga"nın erkəyi mavi rəngdədir və ətrafdakı bitki örtüyü ilə müqayisədə açıq şəkildə seçilir. Bu növ 24 santimetr uzunluğa qədər böyüyə bilən ən böyük çubuq həşəratlarından biridir.

Achrioptera manga
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Achrioptera manga
Beynəlxalq elmi adı
  • Achrioptera manga
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  2606003

Mündəricat

Taksonomiya

"Manga" epiteti malaqas dilindən "mavi" mənasına gələn bir sifətdən götürülüb. İlk dəfə 2007-ci ildə toplanmış nümunələri ilə "Achrioptera fallax" növünün regional varyasiyası kimi tanınmışdı, lakin 2019-cu ildə aparılan tədqiqat nəticəsində onun fərqli bir növ olduğu müəyyən edilmişdir.

Xüsusiyyətləri

Dişi "Achrioptera manga" cinsin digər növlərindən fərqli olaraq, kiçik bir cüt dişlə tanınır. Dişilərin qanadları 30 millimetrdən qısa olur, anal bölgələri boz-qara rəngdə və incə şəbəkəvari naxışla örtülüdür, üstündə tünd qırmızı rəngli bir kəmər vardır. İkinci sternum seqmentində (sternum II) nadir hallarda 2, daha çox isə 4 diş, III sternumda isə 3 diş mövcud ola bilər. Dişilərin baş və torakslarının bazasında qırmızımtıl rəngdə olan dişlər var. Dişi Achrioptera manganın bədən uzunluğu 20–24 santimetr arasında dəyişir və qısa, qırmızı rəngli antenalara sahibdir.

Erkək "Achrioptera manga" mavi dorsal (yuxarı) bədən rənginə və narıncı rəngli femor (qıç) alt hissələrinə sahibdir. Onların anal bölgəsi boz və tünd qırmızı, bəzilərində isə açıq qırmızı rəngdə olur və üzərində tünd şəbəkəvari naxışlar vardır. Erkəklərin də antenaları var, lakin onların bədənləri dişilərdən daha incə və qısadır, bədən uzunluğu 13–14.5 santimetr arasında dəyişir.

Təhlükə hiss edilən zaman "Achrioptera manga'" alae (ikinci qanad cütü) açaraq və sürtünərək səs çıxarır. Bu növ digər çubuq həşəratları kimi, boyun vəzilərinə malikdir və bu vəzilərdən yayılan maddələr yırtıcıları onlardan uzaq tutmaq məqsədilə istifadə olunur.

Həyat dövrü

"Achrioptera manga" yumurtalarını çoxalma məqsədilə qoyur. Yumurtalar təxminən 120–140 gün sonra çıxır və otaq temperaturunda inkubasiya edilir. Həm dişi, həm də erkək nümunələr yumurtadan çıxdıqdan sonra 4.5–5 ay ərzində yetkinliyə çatır, erkəklər isə özlərinin xarakterik mavi rənglərini bir həftə ərzində qazanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Achrioptera manga haqqında məlumat. Achrioptera manga nədir? Achrioptera manga nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuyçzülyü Tiefa

  • Fevral 27, 2026

    Edigey

  • Fevral 27, 2026

    Baltimor

  • Mart 01, 2026

    Orion dumanlığı

  • Mart 01, 2026

    Varsan

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst