Abver (alm. Abwehr) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi:
- Hərbi, texniki, siyasi və iqtisadi casusluq
- Təxribat
- Əks kəşfiyyat tədbirləri.
| Abver | |
|---|---|
| Abwehr | |
| Yaranma tarixi | 1920 |
Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Rəhbərləri
- Polkovnik Friedrich Gempp (1921-1927)
- Mayor Günther Schwantes (1927-1929)
- Podpolkovnik Ferdinand fon Bredow (1929-1932)
- Kommader Konrad Patzig (1932-1935)
- Admiral Vilhelm Canaris (1935-1944)
- Polis general-mayoru Valter Şellenberq (1944-1945)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abver haqqında məlumat. Abver nədir? Abver nə deməkdir?