Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdulla bəy (az.-əski. عبد الله باي‎) — Quba xanı Fətəli xanın qardaşı, Köhnə Şamaxı və Bakı ərazilərində naiblik etmiş bəy.

Abdulla bəy

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulla bəy

Abdulla bəy (az.-əski. عبد الله باي‎) — Quba xanı Fətəli xanın qardaşı, Köhnə Şamaxı və Bakı ərazilərində naiblik etmiş bəy.

Abdulla bəy
Köhnə Şamaxı naibi
1769 – 1770
ƏvvəlkiAğası xan Xançobanlı
SonrakıEldar bəy
Bakı naibi
1770 – 1772
ƏvvəlkiI Mirzə Məhəmməd xan
SonrakıMəlik Məhəmməd xan
Şəxsi məlumatlar
Vəfat tarixi 1772(1772)
Atası Hüseynəli xan

Həyatı

Abdulla bəy Quba xanı Hüseynəli xan və Qaytaq usmisi "Böyük" usmi Əhməd xanın qızı Pəricahan Bikənin ailəsində anadan olmuşdur.

1769-cu ildə qardaşı Fətəli xan tərəfindən Köhnə Şamaxıya naib təyin edilmişdir. Onun hakimiyyəti qısa müddətli olmuşdur. Abdulla bəyin vergiləri özbaşına artırması və yerli əhalini sosial cəhətdən incitməsi Şamaxıda üsyanla nəticələnmişdir. Qmelin öz qeydlərində bütün Şamaxı xanlığını Fətəli xanın adından idarə edən Abdulla bəyin özbaşınalıqlarından bəhs edərək yazırdı: “Xan şəhərdə olmayanda onun yerini naib tutur. Bu vəzifəyə Fətəli xan Şamaxını tutduqdan sonra qardaşı Abdulla bəyi təyin etmişdi. Artıq bir ildir ki, xan Abdulla bəydən narazıdır.” Fətəli xan hadisələrə müdaxilə etmiş, qoşunla Yeni Şamaxıya gələrək üsyan rəhbərlərini həbs etdirmiş, üsyançı qüvvələri, o cümlədən Şəki qoşunlarını məğlub edərək bölgədə vəziyyəti sabitləşdirmişdir.

Bu hadisələrdən sonra Abdulla bəy qardaşından Dərbənd və Şamaxının ona verilməsini tələb etmiş, lakin Fətəli xan bu tələbi qəbul etməmiş, əvəzində ona ata mülklərindən pay kimi Niyazabad və ətraf torpaqları təklif etmişdir. Bu qərardan narazı qalan Abdulla bəy Dağıstana çəkilərək Fətəli xanın düşmənləri ilə əlaqə qurmuşdur. Güman edilir ki, münasibətləri bərpa etmək məqsədilə Abdulla bəy 1770-ci ildə Bakıda naib təyin edilmişdir.

Abdulla bəy 1772-ci ildə vəfat etmişdir.

Ədəbiyyat

  • Mustafazadə, Tofiq. Quba xanlığı (PDF) (az.). Bakı: Elm. 2005. 480.
  • Абдуллаев, Гаси. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965.
  • Bayramova, Nailə. Şamaxı xanlığı (PDF) (az.). Bakı: "Təhsil". 2009. 396.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulla bəy haqqında məlumat. Abdulla bəy nədir? Abdulla bəy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Misir Prezidenti

  • Fevral 27, 2026

    Hökmdar (Makiavelli)

  • Fevral 27, 2026

    Hümmət (qəzet)

  • Fevral 27, 2026

    Sintez

  • Fevral 28, 2026

    Albom

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst