Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abadkənd (1954-cü ilədək "Cındırlı" və ya Candarlı) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2956 nəfərdir (

Abadkənd

  • Ana Səhifə
  • Vikipediya
  • Abadkənd

Abadkənd (1954-cü ilədək "Cındırlı" və ya Candarlı) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2956 nəfərdir (2008). Rayon mərkəzindən 22 km şimal-şərqdə, Cənub-Şərqi Şirvan düzündədir. Əhalisi heyvandarlıqla məşğuldur. Orta məktəb, ibtidai məktəb, mədəniyyət evi, kitabxana, ambulatoriya var.

Abadkənd
39°45′ şm. e. 49°01′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.956 nəf. (2008)
Xəritəni göstər/gizlə
Abadkənd xəritədə
Abadkənd
Abadkənd

Mündəricat

Adı

2007-ci ildə nəşr edilmiş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabının 6-cı səhifəsində verilən məlumata əsasən: Abadkənd — sadə oykonimdir. 1954-cü ilədək Cındırlı (əsli Candarlı) olmuşdur. Cənub-şərqi Şirvan düzündədir. Oykonim abad və kənd topokomponentlərindən düzəlib, "müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan, məskun edilmiş, səliqəli, inkişaf etmiş, becərilmiş, düzəldilmiş yer, yaşayış məntəqəsi" deməkdir. Abad topokomponenti çox vaxt şəxs adlarına qoşularaq rus dilindəki -qrad, -ovka, yunan dilindəki -pol, alman dilindəki — burq topoformantlarına uyğun gəlir və memorial toponimlərin yaranmasında iştirak edir. Bu topokomponento hind, Pakistan, fars, türk (həmçinin digər türkdilli xalqlar) toponimiyasında rast gəlmək mümkündür. Candarlı toponiminə gəlincə, bu toponimə Çandır/Çandar/Candar variantlarında Türkmənistan, Özbəkistan, Gürcüstan toponimiyasında təsadüf olunur. Azərbaycanının Qazax-Ağstafa bölgəsində Candar göl hidronimi və Çəndirli familiyası da qeydə alınmışdır. XIX əsrdə Azərbaycanın keçmiş Cavad qəzasında yaşayan Xələclərin bir tirəsinin adı Candır olmuşdur. İndiki Abadkənd kəndinin Xələc i.ə.v.-nin tərkibində olması bu toponimin etnotoponim olmasını söyləməyə əsas verir. Candar etnonimi Səlcuq oğuzları ilə əlaqələndirilir.

Foto məlumatlar

Abadkənd kəndi 2012 2016-08-29 at the Wayback Machine

Xarici keçid

Vikianbarda Abadkənd ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abadkənd haqqında məlumat. Abadkənd nədir? Abadkənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmam Hadi

  • Mart 01, 2026

    Gicitkən

  • Fevral 27, 2026

    Qaraqaşlı (Sabirabad)

  • Mart 01, 2026

    Yuyçzülyü Tulun

  • Fevral 27, 2026

    Süni ürək

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst