Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

AIM-9 Sidewinder, bir çox müasir təyyarənin istifadə etdiyi istiliklə idarə olunan Amerikanın hava-hava döyüş raketi sistemidir (AAM). Effektiv bir partlayıcı b

AIM-9 Sidewinder

  • Ana Səhifə
  • Vikipediya
  • AIM-9 Sidewinder
AIM-9 Sidewinder

AIM-9 Sidewinder, bir çox müasir təyyarənin istifadə etdiyi istiliklə idarə olunan Amerikanın hava-hava döyüş raketi sistemidir (AAM). Effektiv bir partlayıcı başlığa və infraqırmızı idarəetmə sisteminə malikdir. Vahidinin qiyməti 90.000 dollardır.

AIM-9 Sidewinder
Ölkə
  •  ABŞ
İstismar tarixçəsi
İstismara başlanması 1956
İstehsal tarixçəsi
İstehsalçı Raytheon Company
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sidewinder raketinin konstruksiyası

AIM-9M Sidewinder, əsasən 12,7 sm borucuq formalı bir borunun içərisinə yerləşdirilmiş yüksək texnologiya məhsullarından ibarət olan hissələrdən ibarətdir, 287 sm uzunluğunda AIM-9 borusunun ön tərəfində BSU-32 qanadcıqları vardır. Uzunluğu 38 sm-dir. Arxadakı quyruq hissəsinin qanad uzunluğu 63 sm-dir. 88 kq ağırlığında olan Sidewinder raketinin burnunda, bu raketin beyni olan WGU-4A/b Başlıq Nəzarəti Bölməsi axtarıcısı yerləşir. Burada infraqırmızı enerji yayan mənbələri aşkarlayan bir sensor mövcuddur. Maqnezium florid şəffaf şüşə səthinin arxasında yerləşən indium-antimonid (InSb) detektoru və Joule-Thompson kriozat soyuducusunun olduğu bu baş hissədə bir hədəf tapıldıqda, məlumat siqnal işləyiciyə göndərilir və daha sonra bu məlumat ötürülür raketin istiqamət qanadcıqlarına və raketin hərəkəti üzrə istiqamət əmrləri verilir. Bu sistemin ən ölümcül tərəfi iki fərqli dalğa boyunda işləyə bilməsidir. Başqa sözlə, bu baş hissə həm qısa, həm də orta dalğa uzunluğunda olan infraqırmızı şüaları aşkar edə bilər. Raket mühərriklərinin qarşısında bir WDU-17 döyüş başlığı bölməsi var. Buradakı 12 kq başlıq proximity probkasını daşıyır. DSU-15/B Aktiv optik Hədəf Dedektoru, lazer detektoru üzükləri vasitəsi ilə bir hədəf qaçırıldığı zaman özünü məhv edərək qəlpələrin aktivləşdirilməsini təmin edir.

Türk Hava Qüvvələri və AIM-9

AIM-9 Sidewinder raketi 1960-cı illərdə ilk dəfə Türk Hava Qüvvələri inventarına qəbul edilmişdir. Sidewinder-in ilk modeli AIM-9B raketi, o dövrün ən inkişaf etmiş təyyarəsi sayılan və Türk Hava Qüvvələri inventarına təzə daxil olmuş F-5A və F-104G təyyarələrində istifadə üçün satın alınmışdır. Daha sonra AIM-9P raketi F-4 Phantom təyyarəsinin alınması nəticəsində arsenala daxil olmuşdur. AIM-9L/M Sidewinder raketinin gəlişi isə F-16-ların seçilməsi və aviasiya donanmalarında missiyalarına başlaması ilə olmuşdur. Türk F-16-ları AIM-9 raket modellərinin L/M/S variantlarını daşıyırlar. Türk Hava Qüvvələrinin inventarında B modelindən 210, M modelindən 500, L modelindən 640, S modelindən 310 və P modelindən 750+ AIM-9 Sidewinder raketinin olduğu təxmin edilir. Türkiyə həmçinin F-16C və D modellərində istifadə edilməsi məqsədi ilə F-16 CCIP çərçivəsində 35,7 milyon dollara başa gələcək 127 ədəd AIM-9X və 22 ədəd AIM-9X Captive təlim raketləri modelini almışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aim-9 sidewinder sözünün mənası, aim-9 sidewinder haqqında məlumat. aim-9 sidewinder nədir? aim-9 sidewinder nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Yenidən başlayaq

  • Fevral 27, 2026

    Uçan balıqlar

  • Mart 01, 2026

    Bəy Mamed

  • Fevral 27, 2026

    Kanto

  • Fevral 26, 2026

    An-2

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst