Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Qılıçbağ

  • Ana Səhifə
  • Vikipediya
  • Aşağı Qılıçbağ

Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Qılıçbağ
39°56′31″ şm. e. 46°49′45″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 525 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Aşağı Qılıçbağ xəritədə
Aşağı Qılıçbağ
Aşağı Qılıçbağ

Mündəricat

Toponimikası

XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir.

Kənd 1826–1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir. 1588-ci ilə aid məlumata görə Qarabağın Ahiştabad qışlağında qışlayan bir el Qılıçlı adlanırdı. Bərdədə Qılıclı kəndi var.

Toponimin Qılınc şəxs adından və bağ sözündən ibarət olub, "Qılınca məxsus bağ" mənasını bildirməsi ehtimal olunur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyi ilə bağlıdır.

Tarixi

Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Qılıçbağ kəndi Aşağı Qılıçbağ kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Qılıçbağ kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşağı qılıçbağ sözünün mənası, aşağı qılıçbağ haqqında məlumat. aşağı qılıçbağ nədir? aşağı qılıçbağ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aynur Mustafayeva

  • Fevral 27, 2026

    Vidadi Babanlı

  • Mart 01, 2026

    Microsoft Bing

  • Fevral 27, 2026

    Elbrus Təhməzov

  • Fevral 27, 2026

    Alqu xan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst