Aşağı Avşar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
| Aşağı Avşar | |
|---|---|
| 40°02′46″ şm. e. 47°25′02″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Aşağı Avşar | |
Toponimikası
Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır.
Tarixi
Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur.
Coğrafiyası və iqlimi
Kəndin ərazisi 9.0 kv.km-dir.
Əhalisi
Əhalisi1756 nəfərdir (2009).
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Avşar haqqında məlumat. Aşağı Avşar nədir? Aşağı Avşar nə deməkdir?
