Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Nuriddin (azərb. İsgəndərov Nuriddin Abid oğlu‎; 20 noyabr 1956, Daşkənd, Basarkeçər rayonu – 22 dekabr 2017, Şəmkir) — Azərbaycan aşığı, Aşıq Hacı Göyçəli

Aşıq Nuriddin

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Nuriddin

Aşıq Nuriddin (azərb. İsgəndərov Nuriddin Abid oğlu‎; 20 noyabr 1956, Daşkənd, Basarkeçər rayonu – 22 dekabr 2017, Şəmkir) — Azərbaycan aşığı, Aşıq Hacı Göyçəlinin şəyirdi.

Aşıq Nuriddin
Ümumi məlumatlar
Doğum adı İsgəndərov Nuriddin Abid oğlu
Doğum tarixi 20 noyabr 1956
Doğum yeri Daşkənd, Göyçə mahalı, Ermənistan SSR
Vəfat tarixi 22 dekabr 2017 (61 yaşında)
Vəfat yeri
  • Şəmkir, Şəmkir rayonu, Azərbaycan
Dəfn yeri
  • Şəmkir
Musiqiçi məlumatları
Fəaliyyəti Aşıq
Fəaliyyət illəri 1978–2017
Musiqi aləti Saz
Səs tembri zil
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d]

Mündəricat

Həyatı

Aşıq Nuriddin 20 noyabr 1956-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. İlk təhsilini Daşkənd kənd orta məktəbində almış, hərbi xidməti başa vurduqdan sonra təhsilini Moskva Kooperasiya İnstitutunda davam etdirmişdir.

Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyil göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Artıq gənc yaşlarından Aşıq Hacı Bayramovla həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak etməyə başlamış, tez bir zamanda elin-obanın rəğbətini qazanmışdır.

Aşıq Hacı ilə birlikdə ifa etdikləri "Aşıq Alı" dastanı hələ 1980-cı illərdən bu yana saz-söz sevənlərin yaddaşlarından silinməyib və bu günə kimi Dövlət Televiziyasının "Qızıl fond"unda ölməz sənət əsəri kimi qorunub saxlanır.

Aşıq Nuriddin bu günə qədər də saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaranmasında danılmaz rola malikdir. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olar marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir.

Aşıq Nuriddin uzun müddət Şəmkir rayonunda yaşamışdır. 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur.

Ailəsi

Evli idi, iki övladı var. Aşıq Nuriddin həm də Aşıq Firudinin qardaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşıq Nuriddin haqqında məlumat. Aşıq Nuriddin nədir? Aşıq Nuriddin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Onkologiya

  • Fevral 25, 2026

    Məkan

  • Fevral 27, 2026

    Epilepsiya

  • Fevral 27, 2026

    Missuri Universiteti

  • Fevral 27, 2026

    Kaketa (departament)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst