Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlar

Aşıq Əmrah

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Əmrah

Aşıq Əmrah Gülməmmədov (1914, Araplı – 1987, Araplı, Marneuli rayonu) — Gürcüstanlı ustad-aşıq.

Aşıq Əmrah
Ümumi məlumatlar
Doğum tarixi 1914(1914)
Doğum yeri
  • Araplı, Gürcüstan
Vəfat tarixi 1987(1987) (72–73 yaşında)
Vəfat yeri
  • Araplı, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Araplı

Həyatı

Aşıq Əmrah (Əmrah Paşa oğlu Gulməmmədov) 1908-ci ildə Borçalıda – Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində doğulmuşdur. Saz çalmağı uşaq yaşlarında atası Paşa kişidən öyrənmişdir. Həddi-büluğa çatanda atası onu dövrünün seçilib-sayılan ustad sənətkarı Aşıq Məsimin (Məsim Yadigarov) yanına şəyirdliyə qoyur.

Əmrah Gülməmmədov Aşıq Məsimin yanında püxtələşdikcə, aşıq sənətinin sirlərinə daha yaxından bələd olur, həzin aşıq-el havalarının mahir ifaçısına çevrilir. Beləliklə, o, öz sənətini inkişaf etdirərək, yüksək zirvələrə qaldırmağa müvəffəq olur.

Aşıq Əmrahın 1930-cu illərdən Borçalının ən böyük el şənliklərində səsləndirdiyi havalar və mahnılar artıq 50-ci illərdən başlayaraq Bakının radio dalğalarında və geniş konsert salonlarında səslənir.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki iştirakı onun ustad aşıq kimi daha da məşhurlaşmasına təkan verdi.

1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında, 1966-cı ildə Aşıq Ələsgərin yubileyində, 1984-cü ildə isə Azərbaycan aşıqlarının IV qurultayında ağsaqqal ustad-aşıq kimi hamişəlik yadda qalan çıxışları olmuşdur.

Aşıq Əmrahın bir sənətkar kimi böyüklüyü həm də ondadır kı, o, çalıb-oxumaqla yanaşı mahir saz reformatoru idi. Mütəxəssislərin yekdil fikrinə görə Sadıqcanın tardakı yeniliklərini Aşıq Əmrah sazda etmişdir. Böyük ustadın çoxlu şəyirdləri olmuşdur, amma onun yetişdirdiyi aşıqlar arasında ən məşhuru həmişəyaşar saz və söz ustası Aşıq Kamandardır.

Aşıq Əmrah sənətkarlığının ucalığı həm də ondadır ki, tədqiqatçılara məlum olan 72 saz havasını inkişaf etdirib təkmilləşdirərək onların sayının 81-ə çatdırmısdır. O, ilk dəfə olaraq "Yurd yeri", "Susənbəri", "Turacı" və s. qədim Borçalı havalarını bərpa edərək səsləndirmişdir.

Aşıq Əmrah 1987-ci ildə doğma kəndi Araplıda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşıq Əmrah haqqında məlumat. Aşıq Əmrah nədir? Aşıq Əmrah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Paqtıqan

  • Fevral 27, 2026

    16:9

  • Fevral 27, 2026

    Əyriçay

  • Fevral 27, 2026

    Fatimə təsbihatı

  • Fevral 24, 2026

    11 may

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst