Ağvanlar hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Hamam Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Ağvanlar hamamının adı məhəllənin adı ilə bağlıdır. Hamamı kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur.
| Ağvanlar hamamı | |
|---|---|
![]() Hamamın ümumi görüntüsü | |
| Ölkə | |
| Şəhər | |
| Yerləşir | Ağvanlar küçəsi, 1 |
| Aidiyyəti | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
| Tikilmə tarixi | XIX əsr |
| Vəziyyəti | bərpa olunub |
| Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
| Tipi | Mədəni |
| Kriteriya | (ii)(v) |
| Təyin edilib | 2019 |
| İstinad nöm. | 1549 |
| Dövlət | Azərbaycan |
| Region | Avropa |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 4995 |
| Kateqoriya | Hamam |
| Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| 41°12′01″ şm. e. 47°11′22″ ş. u.HGYO | |
![]() | |
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Ağvanlar hamamı da Ümumdünya İrsinə daxildir.
Həmçinin bax
- Yeraltı hamam
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağvanlar hamamı haqqında məlumat. Ağvanlar hamamı nədir? Ağvanlar hamamı nə deməkdir?

