Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kil

Ağdamar kilsəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Ağdamar kilsəsi

Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır.

Ağdamar kilsəsi
Ախթամարի Սուրբ Խաչ եկեղեցի
Ölkə  Türkiyə
Yerləşir Van ili, Van gölü adası
Aidiyyəti Erməni Qriqoryan Kilsəsi
Memar Manuel
Sifarişçi Qagik Artsruni
Tikilmə tarixi 915—921-ci illər
Üslubu Erməni memarlığı
Vəziyyəti muzey kimi fəaliyyət göstərir
38°20′30″ şm. e. 43°02′07″ ş. u.HGYO
Xəritə
Ağdamar kilsəsi (Türkiyə)
Nöqtə
Ağdamar kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır. Kilsənin şimal-şərq tərəfində yerləşən əlavə ibadət mərkəzi 1296-1336-cı illərdə, qərbində yerləşən qonaq evi isə 1793-cü ildə inşa olunmuşdur. Şimal tərəfdə yerləşən ibadət mərkəzinin nə zaman inşa olunduğu dəqiq məlum deyil.

1951-ci ildə Türkiyənin şərqində yerləşən kilsələrin dağıdılması barədə yerli icra orqanlarına göstəriş verilmişdir. Göstərişə əsasən Ağdamar kilsəsi də uçurulmalı idi. Kilsənin yaxın zamanda uçurulacağından xəbər tutan jurnalist Yaşar Kamalın cəhdlərindən sonra kilsənin dağıdılması barədə qərar ləğv olunmuşdur. 1915-ci il hadisələrindən sonra Türkiyə hakimiyyəti kilsədə dini ibadətlərin icra olunmasını qadağan etmişdir.

2005-2007-ci illərdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi kilsə üzərində bərpa işlərinin aparılması üçün 1,5 milyon dollar pul ayırmışdır. 19 sentyabr 2010-cu ildə Türkiyə erməniləri kilsədə 95 illik fasilədən sonra dini mərasim təşkil etmişdilər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ermənilərə ildə bir dəfə kilsədə ibadət təşkil etməyə icazə vermişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağdamar kilsəsi haqqında məlumat. Ağdamar kilsəsi nədir? Ağdamar kilsəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kompüter monitoru

  • Fevral 27, 2026

    Allianz Arena

  • Fevral 27, 2026

    Rifailik

  • Fevral 27, 2026

    Microsoft Access

  • Fevral 23, 2026

    Səri-Pul

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst