Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağcakənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.

Ağcakənd (Kəlbəcər)

  • Ana Səhifə
  • Vikipediya
  • Ağcakənd (Kəlbəcər)

Ağcakənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.

Ağcakənd
40°01′17″ şm. e. 46°11′21″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.777 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 159 nəf. (1912)
Xəritəni göstər/gizlə
Ağcakənd xəritədə
Ağcakənd
Ağcakənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağcakənd kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.

Mündəricat

Etimologiya

Yerli əhalyə görə, kəndin adı kürd mənşəli Ağcanın adını daşıyır. Kəndin qurucularının kürd olmasına baxmayaraq onların adları türk mənşəlidir. Azərbaycanlı tarixçi Tural Həmidə görə, bunun əsas səbəbi Azərbaycan kürdlərinin yerli türklərlə sıx qaynayıb qarışması, hətta öz aralarında belə bu dildə danışmasıdır. Digər bir yerli məlumata görə, Laçın rayonunun Ağcakəndində yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün bu kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə edirmişlər. Bu kəndin bir nəfər varlı sakini Ağca adlanan qızını ərə verir. Həmin qız öz həyat yoldaşı ilə yaşamaq üçün bu binə yerinə gəlir və kəndin bünövrəsini qoyurlar. Mənası "ağ rəng" deməkdir. Kəndin digər adı Kamyanlıdır. Kamyanlı burada məskunlaşmış nəslin adıdır. Başqa bir versiyaya görə, XIX əsrin əvvəllərində Laçın rayonunun Ağcakənd kəndindən çıxmış bir qrup ailənin burada məskunlaşması nəticəsində kəndin adı da dəyişdirilmışdir.

Tarixi

Kəndin əsası Laçın rayonunun Ağcakənd kəndindən gələn kürdlər tərəfindən qoyulmuşdur.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Ağcakənd kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Ağcakənd Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiya

Ağcakənd Kəlbəcər rayonunda, Qarasu çayının sol sahilində Qonqur silsiləsinin ətəyindədir.

Əhalisi

Kənd formalaşan zaman əhalisi etnik kürdlər olmuşdur.

Qalereya

  • Kənd qəbirstanlığı
    Kənd qəbirstanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağcakənd (kəlbəcər) sözünün mənası, ağcakənd (kəlbəcər) haqqında məlumat. ağcakənd (kəlbəcər) nədir? ağcakənd (kəlbəcər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İslam Mehrəliyev

  • Mart 01, 2026

    Milad ağacı

  • Fevral 26, 2026

    Monterrey

  • Fevral 23, 2026

    17 noyabr

  • Fevral 27, 2026

    Ekonometrika

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst