Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağbulaq — Azərbaycan Respublikasının Laçın rayonunun Ağbulaq kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfin

Ağbulaq (Laçın)

  • Ana Səhifə
  • Vikipediya
  • Ağbulaq (Laçın)

Ağbulaq — Azərbaycan Respublikasının Laçın rayonunun Ağbulaq kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsində düşməndən azad edilmişdir.

Ağbulaq
39°46′35″ şm. e. 46°15′30″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.969 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 998 nəf.
Xəritəni göstər/gizlə
Ağbulaq xəritədə
Ağbulaq
Ağbulaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Rayon mərkəzindən təxminən 62 km. şimal qərbdə yerləşir. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmişdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur. Ağbulaq şəlaləsi füsunkar gözəlliyi ilə kəndi daha da gözəlləşdirir.

Bu ərazi işğal dövründə, keçmiş işğalçı qondarma separatçı rejim tərəfindən tərəfindən "Spitakajur" icması adlandırılmışdır.

2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Mədəniyyət

Şəhid Əmir Əsgərov adına orta məktəb var. Orta məktəb, klub, kitabxana, xəstəxana, poçt, 3 mağaza və s. sosial obyektləri var idi.

Əhalisi

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 795 nəfər olub. Əhali kürdlərdən ibarətdir.

2014-cü ilə aid olan məlumatına görə kəndin əhalisi 998 nəfərdir.

Tanınmışları

  • Alxanov Məhəmməd Xudayar oğlu. Dayısı Nurməmməd bəy Şaxsuvarovun məsləhətiylə Şuşada təhsil almış (1910–1996).
  • Aşıq Cabbar (1950–) — Aşıq, Laçın rayonunun "İşıqlı" aşıqlar ansamblının bədii rəhbəri, I Ümumittifaq yaradıcılıq festivalının laureatı (1977).
  • Şərif Ağayar (1976–) — Şair, yazıçı, roman və hekayələri dünyanın 10-a yaxın dilində çap edilib və yayımlanıb. Fransada "Arzulardan sonrakı şəhər" adlı romanı çap edilib, bir çox nüfuzlu mükafatlar alıb, o cümlədən "Tərəqqi" medalı, "Qızıl Kəlmə" mükafatı, 2017-ci ilin "Ədəbiyyat adamı" və s. Hazırda "Qanun" Nəşrlər Evində redaktordur.
  • Alxanov Atlıxan Xanlar oğlu — Aşıq , Müəllim,Sazbənd.
  • Aşıq Afil — Tanınmış aşıq, ADMİU məzunu, Ağdam Musiqi Kollecinin müəllimi.
  • Əhmədəli Həsənov — Həkim, Sumqayıt Şəhərinin Baş Uroloqu, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının Urologiya şöbəsinin müdiri, Əməkdar Həkim, Tərəqqi Medalıhttps://president.az/az/articles/view/21269
  • İsa Alşanov — Həkim uşaq nevroloqu.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti yarımköçəri heyvandarlıq olmuşdur.

Təhsil

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması üçün 330 000 manat vəsait ayrılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağbulaq (Laçın) haqqında məlumat. Ağbulaq (Laçın) nədir? Ağbulaq (Laçın) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xalçaçılıq

  • Mart 01, 2026

    Əkin zəfəranı

  • Fevral 27, 2026

    Pol Keres

  • Fevral 27, 2026

    SR

  • Fevral 27, 2026

    Keçiörən

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst