Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə,

Ağanus

  • Ana Səhifə
  • Vikipediya
  • Ağanus

Ağanus — Azərbaycan Respublikasının Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.

Ağanus
39°37′36″ şm. e. 46°35′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Ağanus xəritədə
Ağanus
Ağanus

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Mündəricat

Tarixi

Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir.

2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhmərəmlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

İnfrastrukturu

Ağanus kəndində işğala qədər 1 orta məktəb, mədəniyyət klubu, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu), fəaliyyət göstərirdi. Ağanusda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlamış, ilk müəllim isə Türkiyədən gəlmiş Müslüm adlı şəxs olmuşdur. İlk məktəb binası isə 1928-ci ildə inşa edilmişdir. Məktəb eyni adla hal-hazırda Bərdə şəhərində yerləşir. Ağanus kənd mədəniyyət evi, 3 kitabxana və 4 feldşer-mama məntəqəsi Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərir.

Əhalisi

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 300 nəfər olmuşdur.

Tanınmış şəxslər

  • İsrafil Şahverdiyev (1952–1994) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Ağayar İsmayılov — Respublikanın əməkdar müəllimi, Ağanus kənd orta məktəbinin keçmiş direktoru(1961–2011).
  • Ramiz Cəbrayılov (1961–) — Laçın rayon İcra Hakimiyyətinin başçısı.
  • Sultan Laçın — Qarabağ müharibəsi iştirakçısı, tanınmış jurnalist.

Həmçinin bax

  • Ağanus (bulaq)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağanus haqqında məlumat. Ağanus nədir? Ağanus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    LibreOffice Writer

  • Fevral 25, 2026

    Fyodor Litke

  • Fevral 27, 2026

    Pompey

  • Fevral 27, 2026

    Matüridilər

  • Fevral 27, 2026

    Yenisey vadisi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst