Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (25 dekabr 1954, Dəvəçi - 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Ju

Ağalar Mirzə

  • Ana Səhifə
  • Vikipediya
  • Ağalar Mirzə

Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (25 dekabr 1954, Dəvəçi - 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996).

Ağalar Mirzə
Doğum tarixi 25 dekabr 1954
Doğum yeri
  • Dəvəçibazar, Şabran rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 5 mart 2008 (53 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti alim

Həyatı

Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Dəvəçi (indiki Şabran) şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971–1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972–1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974–1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980–1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986–1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994–1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999–?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur.

Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur. Birliyin "Çinar pöhrələri", "Gənc istedadlar", "Qudyalçay nəğmələri" və s. almanaxlarında şeirləri çap olunmuşdur. Dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.

Elmi tədqiqatla da ardıcıl məşğul olmuşdur. "Xaltanlı Tağının yaradıcılıq yolu" mövzusunda dissertasiya müdafiə etmişdir (2002). Filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Ağalar Mirzə 5 mart 2008-ci ildə Bakıda vəfat edib.

Əsərləri

  1. Bayramlar, adətlər, ənənələr (etnoqrafik oçerklər). Bakı: Gənclik, 1983, 125 səh.
  2. Bulaq. Bakı: Gənclik, 1984, 225 səh. (şərikli)
  3. Ömrün bənövşə fəsli. Bakı: Yazıçı, 1985, 54 səh.
  4. Ovcunu tut yağışa. Bakı: Gənclik, 1987, 60 səh.
  5. Novruz töhfələri. Bakı: Gənclik, 1989, 110 səh.
  6. Novruz töhfələri. Bakı: Gənclik, 1990, 110 səh. (təkrar nəşr)
  7. Mən baxdığım pəncərə. Bakı: Yazıçı, 1990, 64 səh.
  8. Dünənə məktub (şeirlər). Bakı: Gənclik, 1994, 160 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağalar Mirzə haqqında məlumat. Ağalar Mirzə nədir? Ağalar Mirzə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Samet adası

  • Fevral 25, 2026

    II Osman

  • Fevral 27, 2026

    Jülyet Binoş

  • Fevral 27, 2026

    Türkmənistan Prezidenti

  • Fevral 23, 2026

    Karsinologiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst