Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti.

Ağacəbrayıl Abasəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ağacəbrayıl Abasəliyev

Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti.

Ağacəbrayıl Abasəliyev
Ümumi məlumatlar
Doğum adı Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Doğum tarixi 26 iyul 1955(1955-07-26) (70 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müəllim
Fəaliyyət illəri 1972-ci ildən
Janrlar Azərbaycan bəstəkarlarının əsərləri, milli muğamlar, xalq mahnıları, Azərbaycan-Avropa bəstəkarlarının əsərləri,
Musiqi aləti kamança
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20062006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20152015

Mündəricat

Həyatı və təhsili

Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26 iyul 1955-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. 1961-ci ildə görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmov və bəstəkar, pedaqoq Adil Qaray Məmmədbəylinin tövsiyəsi ilə 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 1965-ci ildə 3-cü sinifdə oxuyarkən məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 1972-ci ildə 2-ci kursda, Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, Bakı şəhər 8 saylı Uşaq musiqi məktəbində müəllim, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. Ağacəbrayıl Abasəliyev 1970–1974-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda kamança ixtisası üzrə, 1974-cü ildə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanı üç ixtisas üzrə — ifaçı-solist, xalq çalğı alətləri orkestrinin dirijoru və müəllim kimi bitirmişdir. 1979-cu ildən S. Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda kamança ixtisası üzrə təyinatla müəllim işləmişdir.

Elmi fəaliyyəti və yaradıcılığı

1981-ci ildə Üzeyir Hacıbəyov adına ADK-nın "Xalq Çalğı Alətləri" kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləmişdir. 1988-ci ildə Dövlət Muğam Teatrının yaranmasında və kollektivin seçilməsində yaxından iştirak etməsi onun yaradıcılığında əlamətdar hadisə kimi qeyd olunmalıdır. Belə ki, 2003-cü ilə qədər (teatr bağlanana qədər) bu teatrın əvvəl musiqi rəhbəri, sonra bədii rəhbər vəzifəsində çalışmışdır. Çoxlu sayda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini kamança ilə fortepiano üçün işləyib və müxtəlif fənlər üçün proqramlar işləyərək tədrisə daxil etmişdir. 2019-cu ildən Azərbaycan Milli Konservatoriyası "Xalq Çalğı Alətləri" kafedrasının professoru vəzifəsində çalışır.

Beynəlxalq fəaliyyəti

1991-ci ildə SSR və Azərbaycan Xalq artisti Zeynəb Xanlarovanın dəvəti ilə ansamblın musiqi rəhbəri olmuş və dünyanın bir çox ölkələrində Zeynəb xanımla qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ etmişdir. 2002-ci ildən Üzeyir Hacıbəyli adına BMA-da "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının baş elmi işçisi olmuşdur. Azərbaycan musiqisini xarici ölkələrdə (ABŞ, Yaponiya, Macarıstan, Hindistan, İraq, Səudiyyə Ərəbistanı, İran, Fransa, Türkiyə, İtaliya və s.) təmsil etmişdir.

Tələbələri

Gənc musiqiçi kadrların hazırlanmasına görə dəfələrlə Mədəniyyət və Təhsil Nazirliyinin Fəxri Fərmanı və təşəkkürnamələri ilə təltif olunmuşdur. Onun tələbələri arasında 4 nəfər – Respublikanın Əməkdar artisti (Elnur Əhmədov, Fəridə Məlikova, Səlim Abbasov, Rauf İslamov) və 1 nəfər Xalq artisti (Elşən Mansurov) fəxri adlarına layiq görülmüşlər.

Televiziya və layihələrdə iştirakı

2007-ci ildə "Azad Azərbaycan" televiziya kanalında uğurla həyata keçirilən "Xalq ulduzu" müsabiqəsində münsiflər heyətinin sədri olmuşdur. 2015-ci ildən "Azad Azərbaycan" televiziyasında "Nanəli" verilişinin musiqi rəhbəri vəzifəsində çalışmışdır. 2017-ci ildə isə Azərbaycan Dövlət Televiziyasının dəvəti ilə "Yaşadanlar, yaradanlar" adlı layihəsində müəllif verilişinin yaradıcısı olmuşdur. İllər ərzində bu verilişdə görkəmli bəstəkarlar, şairlər və korifey musiqiçilərə xatirə gecələri keçirilmiş, onların əsərləri A. Abasəliyevin rəhbərlik etdiyi ansamblın ifasında təqdim olunmuşdur. 2021-ci ildən "Azad Azərbaycan" televiziyasının dəvəti ilə "Nanəli" verilişinin musiqi rəhbəri vəzifəsində çalışır.

Fəxri adları və mükafatları

  • 16 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Əməkdar artist, 30 dekabr 2015-ci il tarixdə isə "Xalq artisti" fəxri adına layiq görülmüşdür.
  • 6 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi fərdi təqaüdünə layiq görülmüşdür.

Filmoqrafiya

  1. Dərviş Parisi partladır (film, 1976) — Kamança ifaçısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağacəbrayıl Abasəliyev haqqında məlumat. Ağacəbrayıl Abasəliyev nədir? Ağacəbrayıl Abasəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kamerun gerbi

  • Fevral 24, 2026

    Şyokino

  • Fevral 27, 2026

    İrin

  • Fevral 27, 2026

    Tereza Mey

  • Fevral 26, 2026

    Ölçü vahidləri

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst