Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hü

9K33 Osa

  • Ana Səhifə
  • Vikipediya
  • 9K33 Osa

9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir.

9K33 Osa
Osa Bakıda keçirilən hərbi parad zamanı.
Osa Bakıda keçirilən hərbi parad zamanı.
Tipi Zenit raket kompleksi
Ölkə
  •  SSRİ
İstismar tarixçəsi
İstismar illəri 1971-davam edir
İstismara başlanması 1971
İstifadə edilən döyüşlər Körfəz müharibəsi, Rusiya-Gürcüstan müharibəsi (2008), Liviya vətəndaş müharibəsi
İstehsal tarixçəsi
Konstruktor NII-20 araşdırma institutu
Yaranma tarixi 1960-1972
İstehsalçı Znamya Truda zavodu
İstehsal illəri 1970-1988
İstehsal sayı 1200
Variantları Osa-A, Osa-AK, Osa-AKM, Osa-M
Xüsusiyyətləri
Ağırlığı 17.5 ton
Sürət 80 km/s
8 km/s (suda)
Uzunluğu 9.14 m
Eni 2.75 m
Hündürlüyü 4.20 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m təşkil edir.

Atma sistemi və lazım olan radar və kompüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (VAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. Avtomobil, həmçinin, suda üzə bilir.

Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radarın nəzarət məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir və 20–25 km arasında fəaliyyət göstərir. Raketi idarə etmək üçün iki müxtəlif tezlikdə işləyən ötürücü kanallar mövcuddur.

Bu sistemin hədəfi vurma ehtimalı 35-85% arasında qiymətləndirilir. Osa-AK və Osa-AKM sistemlərində bu 55-85% arasında dəyişir. Bir dəfəyə hədəfə iki raket buraxıla bilər. Ekipajı 5 nəfərdən ibarətdir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Hərəkət mənzili 500 km təşkil edir.

Mündəricat

Variantları

  • 9K33 "Osa" hazırlanmasına 1960-cı ildə başlanılıb, 1972-ci ildə təqdim olunub. 4 ədəd TELAR 9A33B raketindən istifadə edir, maksimum atış mənzili 12 km-dir.
  • 4K33 "Osa-M" 1972-ci ildə 2 ədəd 9M33M raketi olan dəniz versiyası təqdim olunub. Bu, həmçinin, Gepard sinfi freqat, Kara sinfi kruyser, Kiyev sinfi VTOL kruyserləri və Kirov, Slava, Krivak sinfindən olan katerlərə də quraşdırıla bilər.
  • 9K33M2 "Osa-AK" 1975-ci ildə təqdim olunub.
  • 9K33M3 "Osa-AKM" 1980-ci ildə təqdim olunub. Atış uzaqlığı 15 km-ə qaldırılıb. Aşağı uçuşda isə 12 km-dir.

İstifadəçilər

Dünyada hal-hazırda 9K33 istifadəçiləri mavi, keçmiş istifadəçilər isə qırmızı rəngdə göstərilmişdir.
  • Azərbaycan Azərbaycan
  • Əlcəzair Əlcəzair: 48
  • Belarus Belarus
  • Bolqarıstan Bolqarıstan
  • Ekvador Ekvador
  • Ermənistan Ermənistan
  • Əlcəzair Əlcəzair
  • Hindistan Hindistan
  • İraq İraq
  • İordaniya İordaniya: 48
  • Küveyt Küveyt
  • Liviya Liviya: 20
  • Polşa Polşa: 64. Təqribən 32 kompleks Osa-AKM-P1 səviyyəsində modernizasiya edilib və 2017-ci ildən sonra silahlanmadan çıxarılacağı gözlənilir.
  • Rumıniya Rumıniya
  • Rusiya Rusiya: 400. 2007-ci ildən etibarən bütün komplekslər Osa-AKM səviyyəsində modernizasiya olunmuşdur.
  • Suriya Suriya: 60
  • Türkmənistan Türkmənistan: 40
  • Ukrayna Ukrayna: 9K33M2 Osa-AK variantı istifadə olunur.
  • Yunanıstan Yunanıstan: 39
Keçmiş istifadəçilər
  • SSRİ SSRİ
  • Çexiya Çexiya: 2006-cı ildə silahlanmadan çıxarılıb.
  • Küveyt Küveyt: Körfəz müharibəsi zamanı İraq Ordusu tərəfindən ələ keçirilib.
  • Şərqi Almaniya: 41 ədəd Osa-AK. Almaniyanın birləşməsindən sonra Yunanıstana satılıb.

Həmçinin bax

  • Zenit raket kompleksi
  • S-200
  • S-300
  • Azərbaycan Respublikası Silahlı Qüvvələri
  • Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri
  • Hava hücumundan müdafiə sistemlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 9k33 osa sözünün mənası, 9k33 osa haqqında məlumat. 9k33 osa nədir? 9k33 osa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oqtay Maqsudov

  • Fevral 27, 2026

    Mişkolç

  • Mart 02, 2026

    Teressa adası

  • Fevral 27, 2026

    Asunson

  • Fevral 27, 2026

    Müşk maralı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst