21 Savage (əsl adı: Şaya Bin Eybraham-Cozef; 22 oktyabr 1992) — Britaniya mənşəli rep ifaçısı, ABŞ-də fəaliyyət göstərir. London şəhərində doğulub, Atlantada böyüyüb. 2013-cü ildə professional musiqi fəaliyyətinə başlayıb, üç miksteyp buraxıb. Metro Boomin ilə birgə hazırladığı "Savage Mode" (2016) minialbomu "Billboard 200" hit-paradında 23-cü pilləyə yüksəlib. Albomdan "X" və "No Heart" kompozisiyaları "Billboard Hot 100" hit-paradında 40-cı sıraya daxil olub. 2016-cı ildə Dreykin "Sneakin" kompozisiyasında iştirak edib. 2017-ci ilin yanvarında "Epic Records" şirkəti ilə müqavilə bağlayıb.
| 21 Savage | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Shéyaa Bin Abraham-Joseph |
| Ləqəbi | 21 Savage |
| Doğum tarixi | 22 oktyabr 1992 (33 yaş) |
| Uşağı | 3 |
| Partnyoru |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | repçi, mahnı yazarı[d], musiqi prodüseri, musiqiçi, söz yazıçısı[d] |
| Fəaliyyət illəri | 2013-cü ildən |
| Janrlar | trep |
| Albom şirkətləri | RED Music[d], Epic Records |
| 21savage.com shop.21savage.com | |
21 Savage ilk studiya albomu "Issa Album"ı 2017-ci ildə buraxıb. Albom "Billboard 200" hit-paradında ikinci pillədə qərarlaşıb. Albomun əsas mahnısı "Bank Account" "Billboard Hot 100"də on ikinci yerə çatıb.
Erkən illəri
Şaya Bin Eybraham-Cozef 1992-ci il oktyabrın 22-də Londonda yerləşən Nyuham Universitet Xəstəxanasında anadan olub. Valideynləri Hizer Karmillia Cozef və Kevin Kornelius Emmons britaniyalıdır. Nəsil şəcərəsində Karib hövzəsi ölkələri üstünlük təşkil edir: ana xətti Dominikaya, ata xətti Sent-Vinsent və Qrenadin adalarına gedib çıxır. Babasının Haiti mənşəli olduğu məlumdur. Müsahibələrində özünü afroamerikalı kimi təqdim edir. Atası və əkiz bacıları - rəqs xoreoqrafları Kayra və Cayda Devis hazırda Londonda yaşayır. Atası Vestminster Şəhər Şurasında çalışır.
Erkən yaşlarında valideynləri ayrılıb. Yeddi yaşında anası ilə Atlantaya (Corciya ştatı) köçüb. 2005-ci ilin iyununda, 12 yaşında dayısı/əmisinin dəfni üçün Birləşmiş Krallığa gedib. Bir ay qalandan sonra H-4 vizası ilə iyulun 22-də Atlantaya qayıdıb. Viza müddəti növbəti il başa çatıb. Qardaşı Kvantivayus ("Tay-Man") narkotik alveri zamanı baş verən atışmada ölüb.
İbtidai təhsil illərində Eybraham-Cozefə silah saxladığına görə həbs əvəzinə sınaq müddəti təyin olunub. Səkkizinci sinifdə sınaq müddətinin şərtlərini pozduğundan məktəbdən uzaqlaşdırılıb. Atlanta ətrafındakı müxtəlif məktəblərdə təhsilini davam etdirməyə çalışıb, lakin yeniyetmələrin islah müəssisəsinə göndərilib. İslah müəssisəsindən sonra alternativ təhsil proqramı ilə səkkizinci sinfi bitirib. Orta məktəbin birinci yarımilində tez-tez dərs buraxdığı üçün təhsilini yarımçıq qoyub.
Təhsildən uzaqlaşdıqdan sonra yerli cinayətkar qruplaşmaya qoşulub, narkotik vasitələrin, əsasən marixuananın satışı ilə məşğul olub. Avtomobil oğurluğu və qarət hadisələrində iştirak edib. Bir dəfə avtomobilində qanunsuz əşyalar aşkarlandığı üçün saxlanılıb. 2011-ci ildə yaxın dostu Larri atışmada öldürülüb. 2013-cü ildə soyğunçuluq cəhdi zamanı rəqib qruplaşma tərəfindən altı güllə yarası alıb, dostu Conni həlak olub.
Diskoqrafiya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 21 Savage haqqında məlumat. 21 Savage nədir? 21 Savage nə deməkdir?
