Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

2-Aminotiazol — kimyəvi formulu C3H4N2S olan üzvi birləşmədir. Norsulfazolun sintezi üçün tətbiq olunur. Tiomoçevina ilə α, β-dixloretil efirin qarşılıqlı təsir

2-Aminotiazol

  • Ana Səhifə
  • Vikipediya
  • 2-Aminotiazol

2-Aminotiazol — kimyəvi formulu C3H4N2S olan üzvi birləşmədir. Norsulfazolun sintezi üçün tətbiq olunur. Tiomoçevina ilə α, β-dixloretil efirin qarşılıqlı təsiri nəticəsində alınır.

2-Aminotiazol
Kimyəvi quruluşun şəkli
Ümumi
Kimyəvi formulu C3H4N2S
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 90 °C
Təsnifatı
CAS-da qeyd. nöm. 96-50-4
PubChem 2155
EINECS-də qeyd. nöm. 202-511-6
SMILES
 
  • C1=CSC(=N1)N
InChI
 
  • InChI=1S/C3H4N2S/c4-3-5-1-2-6-3/h1-2H,(H2,4,5)
    RAIPHJJURHTUIC-UHFFFAOYSA-N
ChEBI 40782
ChemSpider 2070
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Fiziki xassələri

Ərimə temperaturu 90oC. Suda, spirtdə pis həll olunur, isti spirtdə isə asan həll olunur. M=100.15.

Toksiki təsiri

Heyvanlar

0.2 q/m3 konsentrasiyada 43 gün ərzində gündə 7 saat tozu ilə nəfəs alan dovşanlarda heç bir gözəçarpıcı dəyişiklik hiss olunmur, 5 dəniz donuzundan 2-si 0.025 q/m3 konsentrasiyada eyni şəraitdə ölmüşdür. Yarılma nəticəsində bronxların qıcıqlanması, pnevmoniya, şişmə, çiyərlərin emfizeması, qara ciyərin yağ degenerasiyası, ürək və böyrəklərdə dəyişikliklər müşahidə olunmuşdur. Dəriyə nüfuz etmə əlamətləri də müşahidə olunmuşdur (Deichman et.al.)

İnsan

0.036–0.11 mq/l konsentrasiyada 2 — aminotiazolun tozu ilə nəfəs aldıqda insanda iştahanın itməsi, ürəkbulanma, qusma əmələ gəlir. 2-Aminotiazolun ekstraktlaşması ilə məşgül olan fəhlələrdə əsas mübadılənin aşağı düşməsi, zobun əmələ gəlməsi baş verir. Tireotoksikoz xəstəsi olan fəhlədə 2-aminotiazolla işlədikdə bu xəstəliyin simptomları yox olmuşdur. 2-Aminotiazol qalxanabənzər vəzlərin hormon məhsullarının inkişafının qarşısını alır. Ondan dərman kimi istifadə etmək istənilib, fəqət o zəhərli olduğu üçün dayandırılıb. Tək-tək hallarda o dəri xəstəlikləri də əmələ gətirir.

Orqanizmdə çevrilmə

Tez parçalanır, dovşanlarda qlukuron turşusunun ifrazatını artırmır (Perrault, Bovet; Deichman, Thomas). İndividual qoruma. Qarşısının alınması. Nəfəs alma orqanlarının (respiratorlar) və dərinin qorunması. Tozun əmələ gəldiyi yerdə onun yox edilməsi. 6-Metil-2-(p-aminofenil)benzotiazol(dehidrotio-p-toluidin)lə işləyənlərdə ağır dermatitlər əmələ gətirir. Çoxlu sayda içi rəngsiz maye (Hunter) ilə dolu qabarcıqlar əmələ gətirir. Eynilə dehydrotio-o-ksilidin də bu cur təsir göstərir.

Alınması metodları

Ədəbiyyatda 2-aminotiazolun və onun xlorhidratının alınmasının, tiomoçevinanın su mühitində xlorasetallar, xlorasilallarla, α,β-di-xloretil efirlərlə, α-xlor-β-oksietil efirlərlə kondensasiyasına əsaslanan metodları məlumdur. Əsasən 2-aminotiazolun sintezi üçün etil spirtinin, etil efirinin, vinilasetatın, asetaldehidin xlorlaşmasından istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 2-aminotiazol sözünün mənası, 2-aminotiazol haqqında məlumat. 2-aminotiazol nədir? 2-aminotiazol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Morle

  • Fevral 27, 2026

    Ureki

  • Fevral 21, 2026

    Kerç boğazı

  • Fevral 27, 2026

    Mistisizm

  • Fevral 27, 2026

    Hirkan

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst