Verdiyev Əvəz Həşim oğlu (1916, Bülbülə, Bakı qəzası – 1 may 1945, Boleslaves[d]) — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
| Əvəz Verdiyev | |
|---|---|
| Əvəz Həşim oğlu Verdiyev | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1916 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1 may 1945 (28–29 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
| Qoşun növü | Qızıl Ordu |
| Rütbəsi | |
| Döyüşlər |
|
| Təltifləri | |
Həyatı
Əvəz Verdiyev 1916-cı ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir.
1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.
1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.
1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal № 4647) və Lenin Ordeni təqdim olunmuşdur.
Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur.
Laçında Əvəz Verdiyevə abidə qoyulmuş, şəhərin mərkəzi küçələrdən biri onun adını daşıyır.
İstifadə edilmiş ədəbiyyat
- Бабаева Ф. Герой Советского Союза Аваз Вердиев. Баку: 1975,
- Герои Советского Союза - сыны Азербайджана. Баку: 1965,
- Герои Советского Союза. Краткий биографический словарь. Том 1. М.: Воениз., 1987,
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əvəz verdiyev sözünün mənası, əvəz verdiyev haqqında məlumat. əvəz verdiyev nədir? əvəz verdiyev nə deməkdir?
