Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tərzibaşı Əta Ömər oğlu — kərküklü ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994)

Əta Tərzibaşı

  • Ana Səhifə
  • Vikipediya
  • Əta Tərzibaşı

Tərzibaşı Əta Ömər oğlu — kərküklü ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü.

Əta Tərzibaşı
Doğum tarixi 14 noyabr 1924(1924-11-14)
Doğum yeri
  • Kərkük, Kərkük mühafəzəsi, İraq
Vəfat tarixi 2016(2016) (91–92 yaşında)
Vəfat yeri
  • Kərkük, İraq
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Mündəricat

Həyatı

Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir. Ailə həyatı qurmamışdır.

Yaradıcılığı

İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük xidmət göstərmişdir. Onun "Kərkük xoyratları və maniləri", "Kərkük şairləri", "Kərkük havaları" və başqa əsərləri yeni bir cığır açmışdır. "Kərkük xoryatları və maniləri" sanballı kitabının iki cildində xoryat və manilər barədə elmi araşdırmaları verilmişdir,. 60-cı illərdən başlayaraq nəşr etdirdiyi çoxcildli "Kərkük şairləri" kitabında İraq-türkman şairlərinin həyat və yaradıcılığı haqqında yığcam məlumat və əsərlərindən nümunələr vermişdir,. Onun Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmmədhüseyn Şəhriyar, Hicri Dədə və b. haqqında elmi araşdırmaları çap olunmuşdur. Əta Tərzibaşı Məhəmməd Füzulinin irsini də dərindən tədqiq etmişdir. Kərküklü alim müxtəlif illərdə nəşr etdirdiyi məqalələrlə Məhəmməd Füzulinin həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə işıq salmışdır. Əta bəy elm aləmində ilk dəfə Füzulinin Kərkükdə doğulması fikrini irəli sürmüşdür. Tərzibaşının Füzuli haqqında yazdığı "Füzulinin ərəbcə qəsidələri", "Füzulinin yayımlanmamış bir müləmması", "Məktublaşma ədəbiyyatı və Füzulinin bir qəzəli" və s. məqalələr füzulişünaslıqda böyük maraqla qarşılanmışdır."Kərkük havaları" kitabında musiqi irsi tədqiq olunur.

Azərbaycan dili haqqında fikirləri

Türkmənlərin bugünkü ədəbiyyat dili ümumiyyətlə sadələşmiş Osmanlı türkcəsi olmaqla bərabər, danışıq dili xalq şeiri və musiqisi də tamamilə Türkməncədir. Bu ləhcə bəzi vacib olmayan regional dialekt fərqləriylə Azərbaycan və Cənub-şərqi Anadolu xalqının ləhcələrinə çox yaxındır. Bizim türkman ləhcəsi Azərbaycan ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə biri-birindən xəbərsiz gəlişdikləri halda aralarında fərqlər bilinməmişdir

Kitabları

  • "Kərkük xoryatları və maniləri" I cild, 1955
  • "Kərkük xoryatları və maniləri" II cild, 1956
  • "Kərkük xoryatları və maniləri" III cild, 1957
  • "Kərkük atalar sözü"
  • "Kərkük şairləri" 13 cilddə
  • "Şərqilər və türkülər" (Bağdad, 1953),
  • "Kərkük havaları" (Bağdad, 1961, 1989),
  • "Kərkük əskilər sözü" Əta Tərzibaşı. Kərkük əskilər sözü. Bağdad,. 1962.
  • "Arzu Qənbər" dastanı (Bağdad, 1964)
  • "Kərkük mətbuat tarixi" 1879–1985
  • "Füzuli haqqında yazılar"
  • "Ərbil şairləri" III cilddə.

Məqalələri

  • Cahanşahın türkcə şeirləri
  • Füzulinin ərəbcə qəsidələri
  • Heca vəzni və gənc şairlərimiz
  • İraq-Türkman ədəbiyyatına toplu bir baxış
  • Musiqi həyatımıza bir baxış
  • Yazı dili, qonuşma dili
  • Şəhriyar
  • Şimali Azərbaycanda türkmanoloji araşdırmalar.

Həmçinin bax

  • Q. Paşayev. Bir ömürdən səhifələr. "Arzu-Qəmbər" dastanı, Bakı, 1971, s 9.
  • Qardaşlıq dərgisi, № 23, İstanbul, 2004, s 21
  • Dəmirçizadə Ə. M. Azərbaycan ədəbi dilinin inkişaf yolları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əta Tərzibaşı haqqında məlumat. Əta Tərzibaşı nədir? Əta Tərzibaşı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Neytron

  • Fevral 25, 2026

    Neptun (planet)

  • Fevral 25, 2026

    Böyük böhran

  • Fevral 24, 2026

    Orfizm

  • Mart 01, 2026

    Test üsulu

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst