Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsl krevetlər (lat. Caridea) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.

Əsl krevetlər

  • Ana Səhifə
  • Vikipediya
  • Əsl krevetlər

Əsl krevetlər (lat. Caridea) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.

Əsl krevetlər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Xərçəngkimilər
Sinifüstü:
Multicrustacea
Sinif:
Ali xərçənglər
Yarımsinif:
Eumalacostraca
Dəstəüstü:
Eucarida
Dəstə:
Onayaqlılar
Yarımdəstə:
Pleosimatlar
İnfradəstə:
Əsl krevetlər
Beynəlxalq elmi adı
  • Caridea Dana, 1852
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  96106
NCBI  6694
EOL  46513263
FW  

Mündəricat

Biomorfologiyası

Krevetlər fəal hərəkətlərdən tutmuş tənəffüsə qədər müxtəlif funksiyaları yerinə yetirən çoxsaylı ətraflarla fərqlənən, kifayət qədər mürəkkəb bədən quruluşlu xərçənglərdir. Krevetlərin bədəni baş-döşdən və qarın hissədən ibarətdir. Baş-döşdə faset gözlər, antenalar da daxil olmaqla çoxlu ətraflar və gəzmə ayaqları yerləşmişdir. Gözlər saplaqlı olub müxtəlif istiqamətlərə dönə bilir və geniş görmə sahəsini təmin edir. Bığcıq antenalar qoxu, lamisə və kimyəvi hiss funksiyalarını yerinə yetirir. Müvazinət orqanı statositlər bığcıqların əsasında yerləşir. Bu xərçənglərdə 3 ön döş seqmenti başla birləşmişdir, növbəti 5 cüt arxa ayaqlar yerdəyişməyə xidmət edir. Birinci 2 cüt gəzmə ayaqları qısqaclıdır. Baş-döş karapaksla – zirehlə örtülmüşdür, onun kənarı qəlsəmələri üstdən örtür. Karapaksın ön ucu iti bizvarı dimdik – rostrumla qurtarır. Qarın hissədə xərçəngin üzməsinə və balalarını gəzdirib böyütməyə xidmət edən köməkçi ətraflar yerləşmişdir. Qarnın son seqmentinin ətrafları genişlənmiş lövhələr şəklində olub quyruq yelpiyi əmələ gətirmişdir. Krevet onu köməyi ilə kəskin təkanlı üzmə hərəkətləri edir. Erkəklərdə birinci cüt qarın ayaqları şəklini dəyişərək cütləşmə orqanına çevrilmişdir. Bədən yan tərəflərdən azca sıxılmışdır .

Qidalanması

Növlərin qida spektri müxtəlifdir. Öz növbəsində krevetlərlə balıqlar, dəniz quşları və insanlar qidalanır, onlar bəzi parazit növlərinin aralıq sahibi ola bilər

Çoxalması

Karidlər yüksək cinsi məhsuldarlığı ilə seçilir (55 min – 1mln yumurta ). Bir erkək müxtəlif sayda dişi fərdi mayalaya bilər. Nəsilverimi uzun müddətlidir. 3-4 gündən mayalanmış yumurtalardan formalaşan gənc krevetlər tamamilə yetkin fərdlərlə eyni xüsusiyyətləri daşıyırlar. Onların ömrü 1-6 il təşkil edir .

Yayılması

Çoxlu sayda fəsilələrə və cinslərə mənsub krevetlər faunası dünyanın bütün dənizlərində geniş yayılmış, krevet növlərinin dördə biri həm də şirin sularında yaşamağa uyğunlaşmışdır. Xəzər dənizində Palaemon cinsinin 2 növü qeyd edilmişdir. 2005-ci ildə Araz su anbarında aşkar olunmuş Palaemon elegans hazırda sututarın bütün sahələrində sayını və biokütləsini artırır .

Təsnifatı

  • Alpheoidea
  • Atyoidea
  • Bresilioidea
  • Campylonotoidea
  • Crangonoidea
  • Galatheacaridoidea
  • Nematocarcinoidea
  • Oplophoroidea
  • Palaemonoidea
  • Pandaloidea
  • Pasiphaeoidea
  • Procaridoidea
  • Processoidea
  • Psalidopodoidea
  • Stylodactyloidea

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əsl krevetlər sözünün mənası, əsl krevetlər haqqında məlumat. əsl krevetlər nədir? əsl krevetlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kino sənayesi

  • Mart 01, 2026

    Ceyms Qarfild

  • Fevral 27, 2026

    Hestiya

  • Mart 01, 2026

    S:Mulk surəsi

  • Fevral 10, 2026

    Xəzər dənizi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst