Əsgəran toqquşması — 1988-ci il fevralın 22–23-də Əsgəran şəhərində baş vermiş toqquşma Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan başlanğıc nöqtələrindən biri olmuşdur. Əsgəran toqquşmasının ardınca Sumqayıt hadisələri baş verir.
| Əsgəran toqquşması | |||
|---|---|---|---|
| Tarix | 1988 | ||
| Yeri | |||
| Münaqişə tərəfləri | |||
| |||
| İtkilər | |||
| |||
Toqquşma
1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu daşıyan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul edirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbaycanlı sakinləri dinc nümayiş keçirirlər.
Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci — Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetirirlər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını ozamankı SSRİ-nin baş prokrorunun birinci müavini F. Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyir.
Bu toqquşmaların xəbəri fevralın 27-də Sumqayıt şəhərinin erməni sakinlərinə qarşı Sumqayıt talanına səbəb olur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əsgəran toqquşması sözünün mənası, əsgəran toqquşması haqqında məlumat. əsgəran toqquşması nədir? əsgəran toqquşması nə deməkdir?