Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərtoğrul Çələbi (1376, Kütahya – 1392, Çorum) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Osmanlı şahzadəsi.

Ərtoğrul Çələbi

  • Ana Səhifə
  • Vikipediya
  • Ərtoğrul Çələbi

Ərtoğrul Çələbi (1376, Kütahya – 1392, Çorum) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Osmanlı şahzadəsi.

Ərtoğrul Çələbi
Şəxsi məlumatlar
Doğum tarixi 1376(1376)
Doğum yeri Kütahya sancaqbəyliyi, Osmanlı imperiyası
Vəfat tarixi 1392(1392) (15–16 yaşında)
Vəfat yeri Qırxdilim, Çorum
Dəfn yeri Ərtoğrul bəy məscidi, Bursa
Fəaliyyəti əsilzadə
Atası İldırım Bəyazid

Həyatı

Şahzadə Ərtoğrul Çələbi 1376-cı ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Süleyman və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.

Mərasimdən qısa müddət sonra baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Sarıxanoğulları bəyliyinin torpaqları Manisa sancaqbəyliyinə çevrildi və Ərtoğrul Çələbi bölgənin idarəsinə gətirildi.

Bu vəzifədə ikən atasının Anadoluya tərtiblədiyi səfərlərdə iştirak etdi. 1391-ci ildə Candaroğlu Süleyman bəyə qarşı çıxılan səfər əsnasında Qazi Burhanəddinin Osmanlıların əleyhində fəaliyyət göstərməsinin ardından, Ərtoğrul Çələbi atasının əmriylə Sivas üzərinə göndərildi. Ancaq Çorum yaxınlığındakı Qırxdilim adlı yerdə Qazi Burhanəddinin birlikləriylə qarşılaşan Ərtoğrul Çələbi ağır məğlubiyyətə uğradı və döyüş meydanında öldürüldü (1392).

Cənazəsi Bursaya gətirilib dəfn edilən Ərtoğrul Çələbinin məzarı yanında atası İldırım Bəyazidin əmriylə, 1398-ci ildə tamamlanan Ərtoğrul bəy məscidi inşa olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ərtoğrul çələbi sözünün mənası, ərtoğrul çələbi haqqında məlumat. ərtoğrul çələbi nədir? ərtoğrul çələbi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Antonio Labriola

  • Fevral 27, 2026

    Nurçuluq

  • Mart 01, 2026

    Dino Merlin

  • Fevral 27, 2026

    Zemfira Meftahətdinova

  • Mart 01, 2026

    Xaşlıdağ

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst