Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərincəklilər (lat. Tardigrada) — heyvanlar aləminə aid heyvan tipi. Buğumayaqlılara çox bənzəyir. Dağlardan okean diblərinə qədər müxtəlif mühitlərdə 900-dən ço

Ərincəklilər

  • Ana Səhifə
  • Vikipediya
  • Ərincəklilər

Ərincəklilər (lat. Tardigrada) — heyvanlar aləminə aid heyvan tipi. Buğumayaqlılara çox bənzəyir. Dağlardan okean diblərinə qədər müxtəlif mühitlərdə 900-dən çox növü yaşayan mikroskopik canlıdır. Suda yaşayır, 8 ayağı olan mikroskopik, eukariot canlıdır. Su ayılarının genomu təxminən 75–800 DNT meqaəsas cütlüyündən ibarətdir.

Ərincəklilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Tip:
Ərincəklilər
Beynəlxalq elmi adı
  • Tardigrada Spall., 1777[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  155166
NCBI  42241
EOL  3204
FW  ,

İlk dəfə 1773-cü ildə alman pastoru Johan August Ephraim Goeze tərəfindən kleiner Wasserbär (kiçik su ayısı) kimi təsnif edilmişdir. 1777-ci ildə italyan alim Ladzaro Spallanzani ona il tardigrado adını vermişdir, 1840-cı ildən isə latın dilində Tardigrada kimi bəhs edilir.

Bu maraqlı canlılara verilən başqa bir ad olan "Su ayısı" isə hərəkətlərinin ayı yerişini xatırlatmasından qaynaqlanır. Su ayılarının ən böyükləri 1.5 mm uzunluğa çata bilər. Yumurtadan yeni çıxmış bir su ayısı sürfəsinin ölçüsü isə 0.05 mm-dən də kiçik ola bilər.

Ərincəklilər metabolizmlərini müvəqqəti dayandırmaq və "cryptobiosis" ("kriptobioz" — bütün həyati funksiyalarını dayandırma) vəziyyətinə girə bilən bir canlıdır. İllərlə dehidrasiya (susuzlaşdırılmış) vəziyyətində sağ qalır. (Onlar əlverişsiz mühitdə bədənlərindəki süyun böyük hissəsini xaric edib büzüşürlər, əlverişli şəraitdə yenidən canlanırlar). Onların bu vəziyyətində metobolizm səviyyəsi normanın 0,01%-dən az, tərkibindəki su isə 1%-ə qədər enə bilir. Belə davamlılıq qabiliyyəti onların membranlarını qoruyan karbohidrat-treqalozanın (trehalose) yüksək səviyyəsindən asılıdır.

Xüsusiyyəti

Su ayılarının davam gətirə bildiyi ekstremal şərait:

Temperatur — Su ayıları 151 °C-də (424 K) bir neçə dəqiqə ərzində yaşaya bilər. −200 °Cdə (70 K) günlərlə və ya −272 °C-də bir neçə dəqiqə soyuqda sağ qalır.

Təzyiq – onlar çox aşağı təzyiqlərdə (vakuuma yaxın) və yüksək təzyiqlərə tab gətirirlər (1200 atmosfer təzyiqi, hətta okean dərinliklərində 6000 atmosfer təzyiqinə tab gətirirlər). Aşkar olunub ki, o, açıq kosmosun vakuum şəraitində ən azı 10 gün yaşaya bilər.

Dehidrasiya – Su ayıları susuzlaşdırılmış şəraitdə təxminən on il yaşaya bilər.

Radiasiya – Su ayıları 5000 Gy (qamma şüalar) dozaya qarşı tab gətirir (5–10 Gy insan üçün ölümcül ola bilər).

Su ayıları 2007-ci il sentyabr ayında kosmosa göndərilən Avropa Kosmos Agentliyinin FOTON-M3 adlı kosmik gəmisinə yerləşdirildi və kosmosun sərt şəraitinin təsirinə məruz qoyuldu. Kosmik gəmi qayıtdıqdan sonra tədqiq edilən nümunələrin çoxunun həddindən artıq istilik və oksigensiz mühitdən zərər çəkmədikləri, bəzi fərdlərin isə ölümcül səviyyədəki ultrabənövşəyi şüalardın təsirindən sağ qaldıqları və törəməyə davam etdikləri aydınlaşdı. Mövzu haqqında araşdırmalarını nəşr etdirən Kristianstad Universitetində Dosent olan Ingemar Jönsson faktların arasında ən maraqlı olanının bu canlıların radiasiyaya olan müqaviməti olduğunu ifadə etmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərincəklilər haqqında məlumat. Ərincəklilər nədir? Ərincəklilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qodzyu-ryu

  • Fevral 27, 2026

    Portuqaliya Hindistanı

  • Fevral 27, 2026

    Ədirnəqapı şəhidliyi

  • Fevral 27, 2026

    Ceyran

  • Fevral 27, 2026

    Şıxov adası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst