Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsər Şafeinin Misirdəki son dövrünün elmi biliyini nümayiş etdirir. Əsərdə mövzuların düzülüşündə bəzi təkrarlar və nizamsızlıqlar olsa da, "ər-Risalə" müəyyən

Ər-Risalə

  • Ana Səhifə
  • Vikipediya
  • Ər-Risalə

Ər-Risalə (ərəb. الرسالة‎) — Şafiinin fiqh üsulu sahəsinə aid əsəri.

Ər-Risalə
ərəb. الرسالة‎
Müəllif əş-Şafei
Orijinalın dili ərəb dili
Ölkə
  •  Abbasilər xilafəti

Əsər

Əsər Şafeinin Misirdəki son dövrünün elmi biliyini nümayiş etdirir. Əsərdə mövzuların düzülüşündə bəzi təkrarlar və nizamsızlıqlar olsa da, "ər-Risalə" müəyyən bir nizamlayıcı fikrə sahibdir. Şafei əvvəlcə fiqh üsulu üçün nəzəri bir çərçivə kimi təsəvvür etdiyi bəyan anlayışı üzərində dayanır və bəyanı hökmlərin açıqlanma formasına görə təsnif edir. Şafei bu hissədə dörd əsas şəriət dəlilindən üçünü açıq şəkildə qeyd etmişdir. O, icmanın da hökm mənbəyi olmasını prinsip etibarilə qəbul etsə də, onun növlərinə görə fərqli şəkildə dəyərləndirilməli olduğu qənaətindədir. Buna görə də, icma məsələsini daha sonra ayrıca və geniş şəkildə araşdırmışdır. Bəyan mövzusundan sonra isə, əsərdə yer-yer fürui-fiqhə (praktik fiqh məsələlərinə) aid nümunələr də ətraflı şəkildə işlənmiş və aşağıdakı əsas mövzular müzakirə olunmuşdur: Kitab və Sünnədəki ümumi və xüsusi ifadələr və bunlar arasındakı münasibət; sünnənin müstəqil hökm mənbəyi olması; nəsx; hədislərin rəvayət edilməsi və xəbəri-vahid; bilginin növləri və onun epistemoloji dəyəri; icma; qiyas; ictihad; istihsan; elm əhli arasındakı fikir ayrılıqları; səhabələrin söz və rəyləri.

"Ər-Risalə"də klassik Sünni fiqh üsulu nəzəriyyəsi ilə yanaşı səhih hədisin təsviri, hədislərin hansı ölçülərdə höccət hesab edilməsi kimi hədis üsulunun mühüm və incə məsələləri haqqında təsbit və dəyərləndirmələr də vardır.

Əsərin məlum olan ən qədim nüsxələri Darül-kütubil-Misriyyədə saxlanılan (Üsulul-fiqh, № 41) və IX yaxud X əsrə aid edilən Rəbi nüsxəsidir.

Əsərin 1894-cü ildən etibarən müxtəlif nəşrləri reallaşdırılmışdır. Bunlardan ən etibarlısı isə Əhməd Məhəmməd Şakirin nəşridir (Qahirə: 1940).

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ər-risalə sözünün mənası, ər-risalə haqqında məlumat. ər-risalə nədir? ər-risalə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Monoid

  • Fevral 26, 2026

    Şabran rayonu

  • Fevral 27, 2026

    Qurdbulaq

  • Fevral 28, 2026

    Voleybolçu

  • Mart 01, 2026

    Vasili Barnov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst