Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıyev Əmir Səhliəli oğlu (5 (17) may 1899, Şuşa – 21 avqust 1972, Bakı) — Azərbaycan qrafik rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).

Əmir Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əmir Hacıyev

Hacıyev Əmir Səhliəli oğlu (5 (17) may 1899, Şuşa – 21 avqust 1972, Bakı) — Azərbaycan qrafik rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).

Əmir Hacıyev
Əmir Səhliəli oğlu Hacıyev
Doğum tarixi 17 may 1899
Doğum yeri Şuşa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 21 avqust 1972 (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Uşağı
  • Altay Hacıyev
Fəaliyyəti rəssam
Janrlar qrafika, İllüstrasiya
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943

Həyatı

Əmir Hacıyev 17 may 1899-cu ildə Şuşada anadan olmuşdur. Yaradıcılığa 1918-ci ildə Şuşada afişa və portretlər yaratmaqla başlamış, 1923-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur.

1920-ci illərin ikinci yarısından Əmir Hacıyev "Azərbaycan Qadını (jurnal)", "Həmkarlar İttifaqı" kimi jurnallara illüstrasiyalar çəkir, əməkdaşlıq və digər mövzularda plakatlar yaratmağa başlayır. Eyni zamanda o, Bakıda pedoqoji fəaliyyətlə məşğul idi. Tələbələrindən biri olan Kazım Kazımzadənin də tanınmış rəssam kimi formalaşmasında Əmir Hacıyevin rolu əvəzsizdir. Bu dövrdən başlayaraq rəssam tanınmış yazıçıların əsərlərinə illüstrasiyalar yaradır. "Xavər" (Mehdi Hüseyn) (1930), "Nəhənglər Ölkəsi" (Mirzə İbrahimov) (1932), "Leyli və Məcnun" (Füzuli) (1953) "Poçt Qutusu" (Mirzə Cəlil) (1960) bu əsərlərə nümunədir.

Hacıyevin ən yaxşı kitab təsvirləri Süleyman Sani Axundovun "Qaraca qız" (1924), Əbülhəsən Ələkbərzadənin "Yüksəliş" (1931), Yusif Vəzir Çəmənzəminlinin "Qızlar Bulağı" (1934), Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" (1938), Nizami Gəncəvinin "Yeddi gözəl" (1941), Füzulinin "Leyli və Məcnun" (1953) əsərlərinə çəkilmiş illüstrasiyaları hesab olunur.

1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə təbliğat afişaları yaratmağa başlayır. Hacıyev eyni zamanda bir sıra bəzək və süjet xalçalar üçün eskizlər vermiş, miniatür silsilələrə ("Azərbaycan", 1961; "Şuşa", "Şamaxı", "Bakı", 1964) müəlliflik etmişdir.

1943-cü ildə rəssama Azərbaycan SSR əməkdar incəsənət xadimi adı verilmişdir. 1945-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Görkəmli rəssam 21 avqust 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əmir hacıyev sözünün mənası, əmir hacıyev haqqında məlumat. əmir hacıyev nədir? əmir hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Lindsi Lohan

  • Fevral 27, 2026

    Zod

  • Fevral 27, 2026

    Qozbel dağ

  • Fevral 27, 2026

    Kitabə

  • Mart 01, 2026

    İnsan skeleti

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst