Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyi

Əmin Abid

  • Ana Səhifə
  • Vikipediya
  • Əmin Abid

Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əmin Abid Gültəkin
Zeynalabdin Mütəllib oğlu Əhmədov
Doğum tarixi 1898(1898)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 oktyabr 1937(1937-10-21) (38–39 yaşında)
Vəfat yeri
  • Basqal, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
  • Nafiə Abid
Təhsili
  • İstanbul Universiteti
Fəaliyyəti şair, ədəbi tənqidçi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Vikimənbənin loqosu Əmin Abid Gültəkin Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). Təhsilini başa vurduqdan sonra 1926-cı ildə Bakıya qayıdıb. Türkiyədə yaşadığı illərdə "Gültəkin" təxəllüsü ilə sovet işğalına və repressiyalarına qarşı etiraz şeirləri yazıb. İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfindən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində "Oğuznamə", "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda məruzələr etmişdir (1927–1928).

"Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir.

1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

Gültəkinin İstanbulda nəşr olunmuş kitabı, 1948

Yaradıcılığı

Əsərləri

  1. Azerbaycan Türklerinin edebiyat tarihi
  2. Türk edebiyatında bayatı-mani türü
  3. Bayatının Türk halkları edebiyatında yeri
  4. Azerbaycan edebiyatının eski anıtlarından
  5. Kitab-ı Dede Korkut'un metni hakkında bilgi
  6. Buzlu Cəhənnəm — İstanbul, 1948

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmin Abid haqqında məlumat. Əmin Abid nədir? Əmin Abid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kuşan dövləti

  • Fevral 27, 2026

    Əbülfət Əliyev

  • Fevral 14, 2026

    Zevs

  • Fevral 27, 2026

    Antena

  • Mart 01, 2026

    Türk-monqol təqvimi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst