Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasib

Əmək ehtiyatları

  • Ana Səhifə
  • Vikipediya
  • Əmək ehtiyatları

Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları.

Əmək bazarı

Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır.

Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda əmək ehtiyatları

Respublikamızın bəzi rayonlarında əmək ehtiyatlarının çatışmazlığı, digərlərin isə artıqlığı müşahidə olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur. Respublikamızda ötən illər ərzində əhalinin artım sürəti azalmışdır. Bu prosesin səbəblərini əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü, eləcə də gənclərin respublikadan miqrasiyası ilə izah etmək olur. Daxili və xarici miqrasiyalar respublika üzrə əmək ehtiyatlarının paylanmasında mütənasiblik prinsiplərinin pozulmasına təsir göstərir. 1989-cu ildən başlayaraq respublikada miqrasiya daha intensiv inkişaf etməyə başlamışdır. Buna bir tərəfdən məlum hadisələr zəminində baş vermiş milli münaqişələr, digər tərəfdən isə daha da ağırlaşmış sosial problemlərin təsiri altında dolanışıq məqsədilə əsasən Rusiyaya və keçmiş SSRİ-nin digər respublikalarına, habelə xarici ölkələrə gedənlərin sayının sürətlə artması böyük təsir göstərmişdir. Bu səbəbdən, respublikanın şəhər və kəndlərində əmək ehtiyatlarının sayı azalmışdır. Bölgələrdə bəzən bəlli bir layihələr həyata keçirilərkən, inşaat, emal və ya istənilən digər sahələr üzrə kifayət qədər mütəxəssis tapmaq qeyri-mümkün olur. Bakı şəhəri daha çox inkişaf etdiyindən daxili miqrasiya şəraitində bacarıqlı kadr ehtiyatları paytaxta toplanıb. Kəndlərdə əmək ehtiyatlarının səviyyəsinin aşağı düşməsinə işçilər üçün iş və istirahət şəraitinin yaradılmaması, yeni texnologiyaların tətbiq edilməməsi, əməyin mühafizəsinin norma və qaydalarına riayət olunmaması, peşəyönümü istiqamətində daha məqsədəuyğun tədbirlərin hazırlanmaması və ən başlıcası yeni iş yerlərinin yaradılmasının lazımi səviyyədə olmamasıdır. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün sənaye müəssisələrini, onların filiallarını və sexlərini kiçik şəhərlərdə, şəhər tipli qəsəbələrdə, əhalisi çox olan kəndlərdə təşkil etmək daha məqsədəuyğun olardı və bu kənd yerlərindən gedənlərin axınının qarşısının alınmasına öz müsbət təsirini göstərə bilər.

Mütəxəssislər cəmiyyətin potensial göstəricisidir. Dövlət məşğulluq siyasətinin mərkəzində məhz bu amil — hazırlıqlı kadr yetişdirmək vəzifəsi dayanmaqdadır. Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006–2015-ci illər)" təsdiq olunmuş, Məşğulluq Strategiyasının reallaşdırılmasını təmin edən Dövlət Proqramı hazırlanmış və bu sənəd respublika Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmişdir.

Kadr hazırlığı heç vaxt rəqabət qabiliyyətini itirmir, əksinə, getdikcə daha da artırır. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarında gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. İnsana kapital qoyuluşu, yəni onun mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyalar dünya təcrübəsində ən çox gəlir gətirən investisiya sahəsi kimi dəyərləndirilir. İxtisaslı və peşəkar kadrlar hər hansı müəssisə və ya təşkilatın dəyərli resurslarından biri sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əmək ehtiyatları sözünün mənası, əmək ehtiyatları haqqında məlumat. əmək ehtiyatları nədir? əmək ehtiyatları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vaksinasiya

  • Mart 06, 2026

    Total Plaza

  • Fevral 27, 2026

    Foreşok

  • Mart 01, 2026

    Otranto boğazı

  • Fevral 28, 2026

    Out (jurnal)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst