Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kənd Qışlaq və Təpəbaşı adlanan iki hissədən ibarətdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi Əlibəy adlı şəxsə aid qışlaq yerində salındığı ü

Əlibəyli (Tovuz)

  • Ana Səhifə
  • Vikipediya
  • Əlibəyli (Tovuz)

Əlibəyli — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd.

Əlibəyli
40°56′16″ şm. e. 45°29′32″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.549 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6026
Xəritəni göstər/gizlə
Əlibəyli xəritədə
Əlibəyli
Əlibəyli

Mündəricat

Toponimikası

Kənd Qışlaq və Təpəbaşı adlanan iki hissədən ibarətdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi Əlibəy adlı şəxsə aid qışlaq yerində salındığı üçün belə adlandırılmışdır.

Tarixi

Tarixi abidələri

Əlibəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1795 Koroğlu qalası XVI əsr Əlibəyli kəndi Arxeoloji Ölkə
6051 Qəbiristanlıq Orta əsrlər Əlibəyli kəndi Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə, Ermənistan ilə sərhəddə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 2379 1188 1191
2009 ↗2549 ↗1322 ↗1227

Rus çarlığı arxivlərindən məlum olur ki, kəndin əhalisi XIX əsrin əvvəllərində Tblisi quberniyasına bağlı Dəmirçihəsənli nahiyəsindəki Qacarlı kəndindən köçürülmüşdür.

Kənd əhalisi Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibə şəraitində yaşamalarına baxmayaraq heç kim kəndi tərk etməmiş, qadın və uşaqlar Tovuz rayonundakı "rus məktəbi" adlandırılan məktəbə köçmüş, kişilər isə kənddə qalaraq öz yurd-yuvalarını müdafiə etmişlər.

Bakı şəhərində yaşayan əlibəylilərin təşəbbusi ilə 1989-cu illərdə Əlibəyli xeyriyyə cəmiyyəti yaradılmış, kəndə həm maddi, həm də mənəvi dəstək göstərilmişdir.

İqtisadiyyatı

Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur.

Mədəniyyəti

Kənddə Əlibəyli kənd kitabxana filialı, Əlibəyli kənd klubu, Əlibəyli poçt şöbəsi (AZ6026) fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən "Qəhrəman kənd - Əlibəyli" adlı sənədli filmi çəkilib. Film Ermənistan ilə sərhəddə yerləşən, 1990-cı illərdə düşmən qüvvələrinin silahlı basqınlarına mərdliklə sinə gərən Tovuz rayonunun Əlibəyli kəndi haqqındadır. Filmin mərkəzində Əlibəyli kəndində yaşayan insanların göstərdikləri qəhrəmanlıq və fədakarlıq dayanır. Ekran əsərində o dövrün canlı şahidləri, əfsanəvi birinci batalyonun döyüşçüləri döyüş yollarından, ürəklərindəki Vətən sevgisindən, torpağa, elə-obaya olan məhəbbətlərindən danışırlar. Filmin layihə rəhbəri hərbi-vətənpərvərlik mahnılarının sevilən ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, ssenari müəllifi Ehtiram İlham, rejissoru İlham Tumasdır.

Təhsil

Kənddə Habil Vəliyev adına Əlibəyli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Əlibəyli kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Əlibəyli həkim məntəqəsi yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əlibəyli (tovuz) sözünün mənası, əlibəyli (tovuz) haqqında məlumat. əlibəyli (tovuz) nədir? əlibəyli (tovuz) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Bağdad Batareyası

  • Mart 01, 2026

    Krım dağları

  • Mart 06, 2026

    İtaliya incəsənəti

  • Fevral 27, 2026

    Katalitik riforminq

  • Fevral 27, 2026

    Qazi Məhəmməd

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst