əl-Məğazi (ərəb. المغازي) və ya Kitab əl-Məğazi (ərəb. كتاب المغازي) — Vəqidinin Məhəmməd peyğəmbərin döyüşləri (səriyyə və qəzvələri) haqqında qələmə aldığı əsəri.
| Əl-Məğazi | |
|---|---|
| ərəb. المغازي | |
| Müəllif | Vəqidi |
| Mövzu | Məhəmməd peyğəmbərin döyüşləri |
| Orijinalın dili | ərəb dili |
| Ölkə | Abbasilər xilafəti |
Əsər
Əsər "Kitabüt-Tarix"in mühüm bir hissəsini təşkil edir. Əsərdə hərbi yürüşlər və döyüşlər geniş və ətraflı şəkildə verilmişdir. Əsər müəllifin tam şəkildə dövrümüzə qədər gəlib çatmış yeganə əsəridir. Əsər ilk dəfə Alfred fon Kremer tərəfindən "History of Mohammad’s Campaigns" adı altında nəşr edilmişdir (Kəlkətə 1856). Əsər müxtəlif tarixlərdə (1948, 1966 və s.) və yerlərdə (London, Qahirə və s.) nəşr edilmişdir. İbn Həcər bu əsər "Müntəqa min Məğazil-Vəqidi" adlı təliq yazmışdır. Əsər fars, türk və alman (xülasə) dillərinə tərcümə edilmişdir. Əsərə Yozef Horovits, Qasım Şulul və Əbdüləziz ibn Süleyman əs-Səllumi tərəfindən doktorluq dissertasiyası yazılmışdır.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Məğazi (kitab) haqqında məlumat. Əl-Məğazi (kitab) nədir? Əl-Məğazi (kitab) nə deməkdir?