əl-Əqidətüt-Təhaviyyə (ərəb. العقيدة الطحاويّة) — Əbu Cəfər ət-Tahavi tərəfindən qələmə alınmış əqidəyə aid risalə.
| Əl-Əqidətüt-Təhaviyyə | |
|---|---|
| ərəb. بَيَانُ اعْتِقَادِ أَهْلِ السُّنَّةِ وَالْجَمَاعَة | |
| Müəllif | Əbu Cəfər ət-Tahavi |
| Mövzu | əqidə |
| Orijinalın dili | ərəb dili |
Əsər
Əsərin əsl adı "Bəyanu Əqidəti-Əhlis-Sünnə vəl-Cəmaa"dır. Risalədə, xüsusilə tövhid mövzusu başda olmaqla, müxtəlif kəlam məsələləri klassik kəlam təsnifatı çərçivəsində və Sələf metodu əsasında araşdırılmışdır.
Əbu Cəfər ət-Tahavi bu əsərində, sünni əqidəni müdafiə edən bəzi digər Sələf (əvvəlki dövr) imamları kimi, Əhli-Sünnədən kənar firqələrin görüşlərinə qarşı təkzib və rəddiyyə üslubundan istifadə etmək əvəzinə, elə əsərin əvvəlində də qeyd etdiyi kimi, əsasən Əbu Hənifənin və onun tələbələri Əbu Yusif ilə Məhəmmədin görüşlərinə üstünlük vermişdir.
Əsərdə, sünniliyin şüarı hesab edilən və inanılması zəruri sayılan məsələlər mübahisəsiz şəkildə, qısa, lakin məna baxımından zəngin cümlələrlə ifadə olunur. Bu risalə, Əbu Hənifəyə nisbət edilən etiqadi görüşləri ilkin və ən doğru forması ilə müəyyən edən mənbələrdən biri olması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sünni alimlər arasında böyük şöhrətə malik olan əsərə, 12 şərh yazılmışdır.
Əsərin Türkiyədə və başqa yerlərdə əlyazma nüsxələri mövcuddur.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Əqidətüt-Təhaviyyə haqqında məlumat. Əl-Əqidətüt-Təhaviyyə nədir? Əl-Əqidətüt-Təhaviyyə nə deməkdir?