Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.
| Ələhi | |
|---|---|
| 39°10′24″ şm. e. 45°53′25″ ş. u.HGYO | |
| Ölkə | |
| Muxtar respublika | Naxçıvan MR |
| Rayon | Ordubad rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.680 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 141 (2009) nəfər |
| Rəsmi dili | |
![]() Ələhi | |
Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.

Tarixi
Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi mövqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var..
Əhalisi
Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur.
Mədəniyyəti
Bist bələdiyyəsinin tərkibinə daxildir. Arıçılıq ve heyvandarlıqla məşğuldur. Kənddən aşağıda Bist yolunun kənarında böyrək və sidik sisteminin dərmanı sayılan Eləhi narzanı (təbii müalicəvi su) yerləşir.
Tarixi abidələri
- Ələhi yolu
- Ələhi körpüsü
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ələhi sözünün mənası, ələhi haqqında məlumat. ələhi nədir? ələhi nə deməkdir?
