Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələddin Aslan oğlu Abbasov (5 may 1922, Gəncə – 13 iyul 2014, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1971). Azərbaycan Respubli

Ələddin Abbasov

  • Ana Səhifə
  • Vikipediya
  • Ələddin Abbasov

Ələddin Aslan oğlu Abbasov (5 may 1922, Gəncə – 13 iyul 2014, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1971). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003).

Ələddin Abbasov
Doğum tarixi 5 may 1922(1922-05-05)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSSRFİ
Vəfat tarixi 13 iyul 2014(2014-07-13) (92 yaşında)
Vəfat yeri
  • Gəncə, Azərbaycan
Dəfn yeri
  • Fəxri xiyaban (Gəncə)[d]
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1939–2014
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19711971 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19851985 "Şərəf nişanı" ordeni — 19591959
IMDb ID0007731

Mündəricat

Həyatı

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir.

Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir.

Yaradıcılığı

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb. "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

Səhnə rolları

Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar:

Faciə və dram rolları

Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir), Seyran (Namus", Aleksandr Şirvanzadə), Lembidt Pedaye ("Azmış oğul", Eqon Rannet), Mekxit ("Üç qəpiklik opera", Bertolt Brext), Ataman ("Anacan", Yusif Əzimzadə), Cəlal ("Komsomol poeması", İsgəndər Coşqun), Tərlan ("Bahar", Məmmədhüseyn Təhmasib), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Aqabo Boqveradze ("Araba hələ aşmayıb", Otiya İoseliani), Qaçaq Nəbi ("Qaçaq Nəbi), Yazon ("Medeya", Evripid), kriont ("Antiqona", Sofoki), Anton, Səyavuş, Turxan bəy ("Şeyx Sənan", "Səyavuş" və "Maral", Hüseyn Cavid), Fərhad və Şiruyə, Eldar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Zaur, Yusif Sərrac ("Yadmdamı?" və "Ulduzlar gö-rüşəndə", Altay Məmmədov), Pərviz və Rüstəm ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli).

Komediya obrazları

Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul", Altay Məmmədov), Zeynal kişi ("Gəl qohum olaq")

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 may 1958
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1971
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 24 dekabr 1981
  • 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 11 mart 1985
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2003
  • "Qızıl Dərviş" mükafatı — 2005
  • "Teatr Xadimi" qızıl medalı — 2005
  • Milli Kino Mükafatı — 2013

Filmoqrafiya

  1. Bizi dağlarda axtarın (film, 1976)
  2. Dəli Kür (film, 1969)
  3. Dörd bazar günü (film, 1975)
  4. Əfsanəyə çevrilən adam. Ələddin Abbasov (film, 2013)
  5. Gəl qohum olaq (film, 2001)
  6. Gözlə məni (film, 1980)
  7. Xatirələr sahili (film, 1972)
  8. İşarəni Dənizdən Gözləyin (1986)
  9. Köhnə bərə (film, 1984)
  10. Koroğlu (film, 1960)
  11. Qatır Məmməd (film, 1974)
  12. Qətl günü (film, 1990)
  13. Qisas (film, 1991)
  14. Qocalar, qocalar... (film, 1982)
  15. Məkanın melodiyası (film, 2004)
  16. Mən ki gözəl deyildim (film, 1968)
  17. Nizami (film, 1982)
  18. Od içində (film, 1978)
  19. Özgə vaxt (film, 1996)
  20. Özgə vaxtın doğma anları (film, 2002)
  21. Papaq (film, 2007)
  22. Səmt küləyi (film, 1973)
  23. Torpaq. Dəniz. Od. Səma (film, 1967)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ələddin abbasov sözünün mənası, ələddin abbasov haqqında məlumat. ələddin abbasov nədir? ələddin abbasov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Salsoloideae

  • Mart 01, 2026

    Qızlıq soyadı

  • Mart 04, 2026

    Sergey Karamçakov

  • Fevral 27, 2026

    Charkhand

  • Mart 06, 2026

    Celtis biondii

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst