Əhməd Nami (1873, Beyrut – 13 dekabr 1962, Beyrut) — Osmanlı imperiyasının yüksəkrütbəli şəxslərindən biri, Suriya dövlət xadimi, Suriyanın ikinci prezidenti və beşinci baş naziri, həmçinin tarixçi.
| Əhməd Nami | |
|---|---|
| ərəb. احمد نامي | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1873 |
| Doğum yeri | |
| Vəfat tarixi | 13 dekabr 1962 (88–89 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | siyasətçi |
| Dini | sünnilik |
Həyatı
Əhməd Nami 1873-cü ildə Osmanlı imperiyasının Beyrut şəhərində nüfuzlu bir ailədə anadan olmuşdur. Nami ilk təhsilini Osmanlı Hərbi Akademiyasında almış, daha sonra Parisdə hərbi təlim keçmişdir. 1910-cu ildə Sultan II Əbdülhəmidin qızı Aişə Sultanla evlənərək "Damat" (sarayın kürəkəni) titulunu almışdır. Lakin 1909-cu ildə sultan II Əbdülhəmidin taxtdan endirilməsi ilə ailəsi ilə birlikdə Fransaya sürgün edilmişdir. 1918-ci ildə Beyruta qayıdaraq ailə işlərini idarə etməyə başlamışdır.
Karyerası
1926-cı il aprelin 28-də Fransa Yaxın Şərq Ali Komissarı Henri de Jouvenel tərəfindən Suriya dövlətinin başçısı təyin edilmişdir. Bu vəzifədə 1928-ci il fevralın 15-dək çalışmışdır. Onun rəhbərliyi dövründə üç hökumət qurulmuş, bu hökumətlər ölkənin birliyi, konstitusiyanın qəbul edilməsi və 1925–1927-ci illərdə baş vermiş Böyük Suriya Üsyanında iştirak edənlər üçün ümumi amnistiya kimi milli tələbləri irəli sürmüşdür. Lakin Fransa hakimiyyəti onun bu təşəbbüslərini dəstəkləməmiş və nəticədə 1928-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılmışdır.
Şəxsi həyatı
Ayşə Sultanla evliliyindən iki oğlu və bir qızı olmuşdur:
- Sultanzadə Ömər Nami bəy (1911–1993): İki dəfə evlənmiş və bir qızı olmuşdur.
- Aliyə Namiye Hanımsultan (1913): Doğulduqdan qısa müddət sonra vəfat etmişdir.
- Sultanzadə Osman Nami bəy (1918–2010): İki dəfə evlənmiş və beş qızı olmuşdur.
Mövzu ilə bağlı nəşrlər
- Khoury, Philip Shukry. Syria and the French Mandate: The Politics of Arab Nationalism, 1920-1945. Princeton University Press. 2014. ISBN 9781400858392.
- Moubayed, Sami M. Steel & Silk: Men and Women Who Shaped Syria 1900-2000. Cune Press. 2006. ISBN 978-1-885942-40-1.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Nami haqqında məlumat. Əhməd Nami nədir? Əhməd Nami nə deməkdir?
