Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əfrasiyab Əli oğlu Məmmədov (19 mart 1928, Gəncə – 18 noyabr 1990, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru.

Əfrasiyab Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Əfrasiyab Məmmədov

Əfrasiyab Əli oğlu Məmmədov (19 mart 1928, Gəncə – 18 noyabr 1990, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru.

Əfrasiyab Məmmədov
Doğum tarixi 19 mart 1928
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 noyabr 1990 (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti aktyor, rejissor
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

Həyatı

Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncə şəhərində dünyaya göz açmışdır.

1945-ci ildə Bakıda Dövlət Teatr İnstitutununda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İsgəndərov Əfrasiyabın səhnə görünüşünü, daxili imkanlarını eşidib görən kimi, aktyorluq kursuna keçirib.

Tədris prosesinin fəallığını gələcək sənətdə ümid verə biləcəyini eşidib hiss edən Adil İsgəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor qəbul edib.

Öz dövrünün tanınmış teatr və kino aktyoru Əfrasiyab Məmmədovun "O olmasın, bu olsun", "Koroğlu", "Qızmar günəş altında", "Kişi sözü" filmlərində, "Otello", "Vaqif", "Ailə namusu" səhnə əsərlərində oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləmiş aktyor, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

1990-cı il noyabrın 18-də 62 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

2011-ci ildə aktyorun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və aktyorun şəxsi arxivi yaradılıb.

2013-cü ildə Azərbaycan Televiziyasında aktyorun yaradıcılığını əks etdirən "Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov" sənədli film çəkilmişdir.

Mükafatları

  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Filmoqrafiya

  • Bakıda küləklər əsir (film, 1974)
  • Dədə Qorqud (film, 1975)
  • Diplomlu mütəxəssis (film, 1974)
  • Doğma xalqıma (film, 1954)
  • Evlənmək istəyirəm (film, 1983)
  • Əmək və qızılgül (film, 1962)
  • İşarəni dənizdən gözləyin (film, 1986)
  • İyirmialtılar (film, 1966)
  • Kişi sözü (film, 1987)
  • Koroğlu (film, 1960)
  • Qəribə adam (film, 1979)
  • Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
  • Qətl günü (film, 1990)
  • Qızmar günəş altında (film, 1957)
  • Məhəbbətdən də artıq (film, 1975)
  • Musiqi müəllimi (film, 1983)
  • Nəsimi (film, 1973)
  • O olmasın, bu olsun (film, 1956)
  • Sehrli xalat (film, 1964)
  • Üzeyir ömrü (film, 1981)
  • Yanğın (film, 1975)
  • Yenilməz batalyon (film, 1965)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfrasiyab Məmmədov haqqında məlumat. Əfrasiyab Məmmədov nədir? Əfrasiyab Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Viktor Naneyşvili

  • Mart 01, 2026

    Əlşəy rayonu

  • Mart 01, 2026

    II Konstansi

  • Fevral 23, 2026

    Altıgünlük müharibə

  • Fevral 27, 2026

    Həcc ziyarəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst