Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎, fars. ابو نواس‎; təq. 756 və ya 762, Əhvaz – 814, Bağdad) — Abbasilə

Əbu Nuvas

  • Ana Səhifə
  • Vikipediya
  • Əbu Nuvas

Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎, fars. ابو نواس‎; təq. 756 və ya 762, Əhvaz – 814, Bağdad) — Abbasilər dövründə yaşamış ərəb şairi.

Əbu Nuvas
ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎
Doğum tarixi təq. 756(0756) və ya 762(0762)
Doğum yeri
  • Əhvaz, Əhvaz şəhristanı, Xuzistan ostanı, İran
Vəfat tarixi 814(0814) (51–58 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Milliyyəti ərəb
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili ərəb dili
Janr poeziya
Vikimənbənin loqosu Əbu Nuvas Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir. Kiçik yaşlarından büxur satanın dükanı üçün ətirli otlar toplayaraq çörək pulu qazanırdı. 8-9-cu əsrlərdə Bəsrəni ərəb filalogiyasının mərkəzi hesab etmək olardı. Elə burada Əbu Nuvas görkəmli alim, filologlarla tanış olmağa başlayır. Bunlardan biri də Valibə ibn əl-Hubab idi. O zaman Valibə ibn əl-Hubabın şerləri doğma şehəri Kufənin hüdudlarından kənarda da məşhur idi. Çox keçmədən o Valibə ibn əl-Hubabın tələbəsi olur. Bu onun gələcəkdə bir şair kimi yetişməsində böyük rol oynayır.

Fəaliyyəti

Əbu Nuvas bir çox şer janrlarında yazmasına baxmayaraq ərəb ədəbiyyatına "xəmriyyat"(şəraba dair şeirlər) müəllifi kimi daxil olmuşdur. Onun yaradıcılığı ilə ərəb poeziyası köhnə ənənələrdən uzaqlaşmış yeni məzmun kəsb etmişdir. Ərəb poeziyasında dünyəvi şeirin ilk nümunələri Əbu Nuvasın adı ilə bağlıdır.Əbu Nuvas ərəb poeziyasını forma cəhətdən də yeniləmiş və təmtəraqlı üslubu real bədii təsvir vasitələri ilə əvəz etmiş, şeir dilini sadələşdirmişdir. Şeirləri dini ehkamlara qarşı çevrildiyindən Əbu Nuvas xəlifə əl-Əminin əmri ilə həbs olunmuşdur. Əsərləri onun şüubiyyə (başqa xalqların Xilafət hakimiyyətindən azad olmaq uğrunda mübarizə hərəkatı) ilə bağlılığını ehtimal etməyə əsas verir. Əbu Nuvasın bəzi mənbələrdə həbsxanada vəfat etdiyi, başqa məlumatlara əsasən isə İsmail ibn Əbu Saleh tərəfindən zəhərləndirildiyi ehtimal edilir.

Həmçinin bax

Esat Ayyıldız. "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18 / 18 (Aralık 2020): 147-173 .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əbu nuvas sözünün mənası, əbu nuvas haqqında məlumat. əbu nuvas nədir? əbu nuvas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbərkuh

  • Fevral 27, 2026

    Tivi (Ordubad)

  • Fevral 27, 2026

    Naji-Yurt rayonu

  • Fevral 23, 2026

    İslandlar

  • Fevral 27, 2026

    Kərbəla döyüşü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst