Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə (25 sentyabr 1890, Bakı – 2 sentyabr 1988, Bakı) — folklorçu, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981).

Əbülqasım Hüseynzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əbülqasım Hüseynzadə

Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə (25 sentyabr 1890, Bakı – 2 sentyabr 1988, Bakı) — folklorçu, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981).

Əbülqasım Hüseynzadə
Doğum tarixi 25 sentyabr 1890(1890-09-25)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 sentyabr 1988(1988-09-02) (97 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi folklor
Mükafatları Azərbaycan SSR əməkdar mədəniyyət işçisi — 1981

Həyatı

Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir.Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.

Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühüm xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Tahirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.

Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur.

Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.

Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülqasım Hüseynzadə haqqında məlumat. Əbülqasım Hüseynzadə nədir? Əbülqasım Hüseynzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Misir ehramları

  • Fevral 25, 2026

    31 oktyabr

  • Fevral 24, 2026

    Dairə

  • Fevral 27, 2026

    Qanlıgöl (Tərtər)

  • Fevral 27, 2026

    Tim Börton

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst