Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Abbas Abdullah ibn Məhəmməd (ərəb. أبو العباس عبد الله بن محمد السفّاح‎) və ya əs-Səffah (ərəb. السفّاح‎; 722, Humeyma[d] – 9 iyun 754, Əl-Anbar, Abbasilər

Əbül-Abbas əs-Saffah

  • Ana Səhifə
  • Vikipediya
  • Əbül-Abbas əs-Saffah

Əbül-Abbas Abdullah ibn Məhəmməd (ərəb. أبو العباس عبد الله بن محمد السفّاح‎) və ya əs-Səffah (ərəb. السفّاح‎; 722, Humeyma[d] – 9 iyun 754, Əl-Anbar, Abbasilər xilafəti) — İlk Abbasi xəlifəsi.

Səffah
ərəb. أبو العباس عبد الله السفاح‎
Əs-Səffahın xəlifəliyinin elan edilməsi, Məhəmməd Balaminin Tarixnaməsi
Əs-Səffahın xəlifəliyinin elan edilməsi, Məhəmməd Balaminin Tarixnaməsi
I Abbasi xəlifəsi
25 yanvar 750 – 10 iyun 754
ƏvvəlkiII Mərvan (Əməvilər)
SonrakıƏl-Mənsur
Şəxsi məlumatlar
Doğum tarixi 722(0722)
Doğum yeri
  • Humeyma[d], İordaniya
Vəfat tarixi 9 iyun 754(0754-06-09) (31–32 yaşında)
Vəfat yeri
  • Əl-Anbar, Abbasilər xilafəti
Vəfat səbəbi Təbii çiçək
Fəaliyyəti Xəlifə
Atası Məhəmməd ibn Əli
Anası Rəitə əl-Hərsiyə
Həyat yoldaşı Ümmü Sələmə əl-Məhzum
Uşaqları Əbu Səid Məhəmməd
Rəitə əs-Səffah
Ailəsi Abbasilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

Hümeymə qəsəbəsində dünyaya gəldi. Doğum tarixiylə bağlı 718–726-cı illər arasında müxtəlif tarixlər verilsə də, 722-ci ildə doğulduğu güman edilir. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbül-Abbas, uşaqlıq və gənclik illərini doğulduğu Hümeymə qəsəbəsində ailəsiylə birlikdə keçirdi. Böyük qardaşı İmam İbrahim, Əməvi xəlifəsi II Mərvan tərəfindən həbs edilmədən öncə qardaşı Əbül-Abbası ailəsinin varisi elan etdi.

Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında Əbül-Abbas ailəsiylə birlikdə Kufəyə gəldi. Ancaq şəhərdə heç xoş qarşılanmadı. Belə ki, şəhərin hakimi və gizli Əməvi tərəfdarı olan Əbu Sələmə çevrilişi gecikdirməyə çalışırdı. Ancaq vəziyyət çox keçmədən anlaşıldı və Xorasan birliyinə aid 12 nəfər dərhal Kufəyə gələrək burada Əbül-Abbasa biat etdi. Beləcə, Abbasi çevrilişinin tərtiblənməsində heç bir səyi olmayan Əbül-Abbas 28 noyabr 749-cu ildə cümə günü Kufə məscidində ilk Abbasi xəlifəsi elan edildi və adına xütbə oxundu.

Xəlifəlik illəri

Əbül-Abbas xəlifə elan edilsə də, Əməvi sülaləsi hələ də hakimiyyətdə idi və ölkənin böyük bir qismi Əməvi sülaləsiin idarəsində idi. Suriya və İraqın mərkəzində Abbasilərə qarşı ayaqlanmalar başladı. Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrə təslim olmamışdı. Kufədən qaçan Əbu Sələmə qısa zamanda zərərsizləşdirildi (750).

Əbül-Abbasın əmisi Abdullah ibn Əli idarəsindəki ordu Suriyaya doğru irəliləyirdi və son Əməvi xəlifəsi II Mərvan Dəclə çayı sahilində onları qarşıladı (16 yanvar 750). 10 gün davam edən döyüşün ardından II Mərvan məğlub oldu və Misirə qaçdı. Ancaq çox keçmədən ələ keçirilərək öldürüldü (avqust 750). Beləcə, bütün Suriyanın qapıları Abbasilərə açılmış oldu və Abbasi ordusu 26 aprel 750-ci ildə xilafətin paytaxtı Dəməşqə daxil oldu. Tabe olduğu son Əməvi xəlifəsinin ölüm xəbərinin gəlməsiylə Vasit canişini ibn Hübeyrə 11 aylıq mühasirənin ardından təslim olmağa məcbur oldu. Ancaq bağlanan təslim sazişinə zidd olaraq başda ibn Hübeyrə olmaqla, bir çox mühüm Əməvi tərəfdarı edam edildi.

Əs-Səffah dönəminə aid dirhəm

Əməvi sülaləsi mənsublarının zalımca qətlə yetirilməsi isə Suriya və Əl-Cəzirə şəhərlərində bəzi üsyanlara səbəb oldu. Bu üsyanların böyük bir qismi xəlifənin qardaşı Əbu Cəfər və əmisi Abdullah ibn Əli tərəfindən yatırıldı. Bir çox üsyan rəhbəri isə ya döyüşlərdə həlak oldu, ya da ələ keçirilərək qətlə yetirildi. 751-ci ildə Buxarada başlayan üsyan da qanlı bir şəkildə yatırıldı və şəhər 3 gün boyunca talan edildi. Ələ keçirilən üsyançılar şəhər qapılarına asılaraq əhaliyə nümayiş etdirildi.

Əbül-Abbas dövrünün ən mühüm hadisəsi isə Çin ordusunun məğlub edildiyi Talas müharibəsidir (iyul 751). Bu məğlubiyyətlə Çin Qərbi Türkistan bölgəsindəki nüfuzunu tamamilə itirdi.

Əbül-Abbas daxili çəkişmələrə son qoyaraq müsəlmanların birliyini təmin etmiş, Əndəlüs və şimali Afrikanın qərb torpaqları istisna olmaqla, bütün İslam dünyasında xəlifə olaraq tanınmışdır. Kufədə adına oxunan ilk xütbədə özünü "Səffah", yəni "Qantökən" olaraq adlandıran Əbül-Abbas sonrakı illərdə Əməvi sülaləsi mənsublarına qarşı törətdiyi qanlı cinayətlərlə bu ləqəbinin haqqını vermişdir Xilafətin mərkəzini Kufədən Haşimiyyəyə, ordan isə Ənbara daşıyan Əbül-Abbas 5 illik xəlifəliyin ardından tutulduğu çiçək xəstəliyi (və ya humma) səbəbilə 10 iyun 754-cü ildə Ənbarda öldü.

Şəcərəsi

 
 
 
 
 
Haşim ibn Əbdülmanaf
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülmütəllib ibn Haşim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Abbas ibn Əbdülmüttəlib
(Peyğəmbərin əmisi)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Abdullah ibn Abbas
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli ibn Abdullah
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmməd ibn Əli
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İmam İbrahim
 
Əs-Səffah
 
Əl-Mənsur
 
 
 
 
 
 
 
 
 

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbül-Abbas əs-Saffah haqqında məlumat. Əbül-Abbas əs-Saffah nədir? Əbül-Abbas əs-Saffah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    13 noyabr

  • Fevral 24, 2026

    Zəhərlənmə

  • Fevral 23, 2026

    2 may

  • Fevral 27, 2026

    İtamar Zinger

  • Fevral 24, 2026

    Diarxiya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst