Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əşrəf Mehdiyev (1934, Cəbrayıl rayonu – 24 aprel 2009) — Azərbaycanlı alim və siyasətçi, fəlsəfə elmləri doktoru, professor; Azərbaycan Repressiya Qurbanları As

Əşrəf Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əşrəf Mehdiyev

Əşrəf Mehdiyev (1934, Cəbrayıl rayonu – 24 aprel 2009) — Azərbaycanlı alim və siyasətçi, fəlsəfə elmləri doktoru, professor; Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri, Azərbaycan Prezident seçkilərində prezidentliyə namizəd (1998).

Əşrəf Mehdiyev
Əşrəf Fərzəlı oğlu Mehdiyev
Doğum tarixi 1934(1934)
Doğum yeri
  • Cəbrayıl rayonu, Azərbaycan
Vəfat tarixi 24 aprel 2009(2009-04-24) (74–75 yaşında)
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

Əşrəf Fərzəli oğlu Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunda anadan olub.

Babası Mehdi kişi Qarabağın adlı-sanlı bəylərindən biri olduğu üçün Mehdiyevlər ötən əsrin 30-cu illərində ailəlikcə repressiyaya məruz qalıblar. 1937-ci ildə Mehdi bəyi və oğlu Fərzəlini "xalq düşməni" adı ilə həbs ediblər. Aradan bir neçə gün keçəndən sonra Mehdi bəyin azadlıqda qalan digər 3 oğlunu da qandallayıblar. Cəmi bir neçə gün sonra Sibirə sürgün edilən Mehdi bəy və oğlanlarını məhkəmənin hökmü ilə elə oradaca güllələyiblər.

Əşrəf Mehdiyev orta məktəbi əla qiymətlərlə bitirərək, 1952-ci ildə indiki BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən "Kolxozçu" qəzetinə redaktor müavini göndəriblər. İkinci kursda oxuyanda "Kolxozçu"nun redaktoru təyin olunan Mehdiyev 9 il bu vəzifədə çalışıb.

Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb. 1962-ci ildə onu Cəbrayıl rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin ediblər. 1967-ci ildə doğma rayonunu tərk edərək, Bakıya köçüb. İndiki Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyətə başlayan Əşrəf Mehdiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olub. 1988-ci ildə Daşkənd Dövlət Universitetində doktorluq işini müdafiə edən keçmiş "ispalkom" 25 il indiki Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində müəllim işləyib.

Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri kimi 1998-ci ildə prezidentliyə namizəd oldu. Seçki kampaniyası zamanı Prezident Heydər Əliyev barəsində çox sərt ifadələr işlətdi.

2005-ci ildə isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olub.

2009-cu ildə aprelin 24-də vəfat edib.

Həmçinin bax

  • Nizami Süleymanov
  • Kərrar Əbilov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əşrəf Mehdiyev haqqında məlumat. Əşrəf Mehdiyev nədir? Əşrəf Mehdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nasir Xosrov

  • Fevral 27, 2026

    Şistlər

  • Mart 01, 2026

    Vodafone Park

  • Fevral 27, 2026

    Kim Sokçin

  • Fevral 27, 2026

    Mişel Adanson

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst