Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid, İspaniya) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusu.
| Əşrəf Hakimi | |||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| isp. Achraf Hakimi | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
| Tam adı | Əşrəf Hakimi Mouh | ||||||||||||||||||||||||||||||
| Doğum tarixi | ci il | ||||||||||||||||||||||||||||||
| Doğum yeri | Madrid | ||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | ||||||||||||||||||||||||||||||
| Boyu | 1.81 | ||||||||||||||||||||||||||||||
| Çəkisi | 73 kq | ||||||||||||||||||||||||||||||
| Mövqeyi | müdafiəçi | ||||||||||||||||||||||||||||||
| Əsas ayağı | Sağ | ||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
| Klub | PSJ | ||||||||||||||||||||||||||||||
| Nömrəsi | 2 | ||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
Karyerası
Real Madrid
Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı.
Borussiya Dortmund
11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb.
İnter
1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı. İnterdə ilk matçı 15 sentyabr 2020-ci ildə İnter-Luqano matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəz olunub. Matç İnterin 5–0 qələbəsi ilə başa çatıb.İnterdə ilk dəfə 30 sentyabr 2020-ci ildə keçirilən İnter-Benevento matçının 42-ci dəqiqəsində fərqlənib.Matç İnterin 2–5 hesablı qələbəsi ilə başa çatıb.6 iyul 2021-ci ildə İnterdən ayrıldı.
PSJ
6 iyul 2021-ci ildə PSJ ilə 5 illik müqavilə imzaladı. Paris Sen Jermenin heyətində ilk matçı 14 iyul 2021-ci ildə keçirilən PSJ-Le Mans matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəzlənib.Matç PSJ-nin 4–0 hesablı qələbəsi ilə başa çatıb.Paris Sen Jermenin heyətində ilk dəfə 24 iyul 2021-ci ildə keçirilən PSJ-Orléans matçının 62-ci dəqiqəsində fərqlənib. Matç Paris Sen Jermenin 1–0 hesablı qələbəsi ilə başa çatıb.
Uğurları
Klub
Real Madrid
- FİFA Klublararası Dünya Kuboku
- Qalib (1): 2018
- UEFA Çempionlar Liqası
- Qalib (1): 2017/18
- UEFA Superkuboku
- Qalib (1): 2017/18
- İspaniya Superkuboku
- Qalib (1): 2017/18
Borussiya Dortmund
- Almaniya Superkuboku
- Qalib (1): 2019/20
İnter
- İtaliya A Seriyası
- Qalib (1): 2020/21
PSJ
- Liqa 1
- Qalib (1): 2021/22
- Fransa Superkuboku
- Qalib (1): 2022/23
Şəxsi
- Mərakeşdə ilin futbolçusu
- Qalib (2): 2021, 2022
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əşrəf Hakimi haqqında məlumat. Əşrəf Hakimi nədir? Əşrəf Hakimi nə deməkdir?
