Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali. Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı o

Əş-Şəbab

  • Ana Səhifə
  • Vikipediya
  • Əş-Şəbab

əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali. Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir.

Əş-Şəbab
حركة الشباب المجاهدين
Növü Terror təşkilatı
Yaranma tarixi 2006-ci il
Rəsmi dili Ərəbcə, Somalicə
Üzvləri 7,000-9,000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır.

Tarixi

əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar. Təşkilat Somalidə yumşaq "İslam Məhkəmələri" Hərəkatına qarşı düşmən cəbhədə dayanır və ilk dəfə 2009-cu ildə ölkənin prezidenti, keçmiş məktəb müəllimi Şərif Əhmədin hökumətinə qarşı silahlı müqavimətə başlayıb.

əş-Şəbab yarandığı gündən bu yana Somalidə bir neçə iri terror hücumları həyata keçirib. Politoloqların fikrincə, "Əş-Şəbab" qruplaşması əsasən partizan döyüşlər aparır. Bölgədə daha çox Keniya və Afrika Birliyinə daxil ölkələrə gələn turistləri, eləcə də əsgərləri oğurlayırlar. Buna baxmayaraq Efiopiya qüvvələri ölkənin qərbindən daxil olaraq Beledveyne və Baidoa şəhərlərini nəzarətə götürməyə müəffəq olub. Terrorçular 2015-ci il 21 sentyabrında 152 adamın ölümünə səbəb olan terror Qarissa Universitet Kollecinə hücumunu üzərinə götürüb.

Qruplaşma öz şəriətinə uyğun şəkildə zina etməkdə günahlandırılan qadınları daşlayaraq öldürür, oğruları isə əllərini kəsməklə cəzalandırır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əş-Şəbab haqqında məlumat. Əş-Şəbab nədir? Əş-Şəbab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    YPG

  • Fevral 26, 2026

    Ölçü vahidləri

  • Fevral 27, 2026

    Yunus peyğəmbər

  • Fevral 27, 2026

    .es

  • Fevral 27, 2026

    Rəd surəsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst