Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şuşanik Kurqinyan (erm. Շուշանիկ Կուրղինյան; 18 (30) avqust 1876, Gümrü, Rusiya imperiyası – 24 noyabr 1927[…], İrəvan, Ermənistan SSR, SSRİ[…]) — erməni şairəs

Şuşanik Kurqinyan

  • Ana Səhifə
  • Vikipediya
  • Şuşanik Kurqinyan

Şuşanik Kurqinyan (erm. Շուշանիկ Կուրղինյան; 18 (30) avqust 1876, Gümrü, Rusiya imperiyası – 24 noyabr 1927[…], İrəvan, Ermənistan SSR, SSRİ[…]) — erməni şairəsi. Erməni feminist və proletar ədəbiyyatının banilərindən biri.

Şuşanik Kurqinyan
erm. Շուշանիկ Կուրղինյան
Doğum tarixi 18 (30) avqust 1876(1876-08-30)
Doğum yeri
  • Gümrü, Rusiya imperiyası
Vəfat tarixi 24 noyabr 1927(1927-11-24)[…] (51 yaşında)
Vəfat yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ[…]
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Komitas adına panteon[d]
Fəaliyyəti şair, avtobioqraf[d]
Partiyası
  • Hnçak (1893)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Şuşanik Popolyan 1876-cı il avqustun 18-də Aleksandropolda (indiki Gümrü) usta ailəsində anadan olmuşdur. Yerli bir monastırda qızlar üçün ibtidai məktəbdə təhsil alır, rus gimnaziyasında oxuyur. 21 yaşında atasının dükanında işləyən Arşak Kurqinyanla evlənir. 1903-cü ildə əri ilə birlikdə Naxçıvan-na-Donuya köçür və Arşak burada öz mağazasını açır. 1905-ci il inqilabını böyük ruh yüksəkliyi ilə qarşılanır, fəhlə sinfinin mübarizəsini dəstəklənir.

1920-ci ildə Vladiqafqaza köçür və burada S. Şaumyan adına Erməni işçi klubunu təsis edir. 1921-ci ildə Gümrüyə qayıdır. 1925-ci ildə səhhətindəki problemlərə görə Xarkov və Moskvada müalicə olunur. Lakin müalicə ciddi nəticə verməyir və o, evinə qayıdır. 1926-cı ildə Aleksandropoldakı zəlzələdən sonra İrəvana köçür. 24 noyabr 1927-ci ildə ağır xəstəlikdən sonra vəfat edir. Komitas Panteonunda dəfn edilir.

Şair Avetik İsaakyan onun haqqında belə deyirdi: “Şuşanikdə sirli bir şey var idi - əsl Sibil, sehrbaz: hündürboy, arıq, əsəbi, gözlərində fosfor parıltısı olan, ailə qayğılarından tamamilə uzaqdır”.

Yaradıcılığı

1899-cu ildə Taraz jurnalında (Moda, № 30) çap olunmağa başlayır. 1905-1907-ci illər inqilabı zamanı o, proletariatın mübarizəsini tərənnüm edən çoxlu əsərlər yazır (“Azadlıq cingiltisi”, “Cəsarətlə irəli”, “İşçilər”, “Oraya get”, “Fəhlə nəğməsi” və s.). İnqilabın məğlubiyyətindən sonra o, irtica və tənəzzülə qarşı yönəlmiş bir sıra əsərlər yazır, inqilabçıları tərənnüm edir (“Kütləvi məzarlıqda”, “Həbsxana önündə”, “Qırmızı yürüş”). Kəskin şəkildə avtokratiyaya qarşı çıxış edir (“Qanlı taxtın altında od yansın”). “Xaçını uzaqlaşdır” əsərində o, gücün dayağı kimi xristianlığa qarşı çıxır. “Biz də birləşirik” əsərində qadınların azad edilməsinə çağırır. Kurqinyanın bəzi şeirləri məhəbbət və vətən həsrəti ilə doludur (“Payız nəğmələrindən”, “Alaqyaz yoxdur”).

Sovet mənbələrində Kurqinyanın 1917-ci il Oktyabr inqilabına münasibəti haqqında müxtəlif fikirlər söylənilir. Ədəbi Ensiklopediya (1931) iddia edir ki, o, bu inqilabı qəbul etməyib və buna görə də oktyabrdan sonrakı dövrdə nisbətən az yazıb. Eyni zamanda, Qısa Ədəbi Ensiklopediya (1966) iddia edir ki, o, 1920-ci illərdə Oktyabr inqilabının nailiyyətlərini tərənnüm edən bir sıra əsərlər yazıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şuşanik Kurqinyan haqqında məlumat. Şuşanik Kurqinyan nədir? Şuşanik Kurqinyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aksessuar (geyim)

  • Fevral 27, 2026

    Azərenerji ASC

  • Mart 01, 2026

    Bridgesia

  • Mart 01, 2026

    Arkada

  • Fevral 27, 2026

    Pielonefrit

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst