Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycan Respublikasının Xızı rayonunun Şorabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan

Şorabad (Xızı)

  • Ana Səhifə
  • Vikipediya
  • Şorabad (Xızı)

Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycan Respublikasının Xızı rayonunun Şorabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.

Şorabad
40°49′08″ şm. e. 49°28′19″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şorabad xəritədə
Şorabad
Şorabad

Mündəricat

Toponimikası

XIV–XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır.

Bu yaşayış məntəqəsinin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmış, Sovet hakimiyyəti illərində isə adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.

Tarixi

Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır. Qəsəbə müəyyən illər ərzində müxtəlif şəhər və rayonların tabeliyində olub (Altıağac, Binəqədi, Sumqayıt, Abşeron). 1991-ci ildən Xızı rayonunun tabeliyindədir.

Tarixi abidələri

Qəsəbədə 5 yerdə qədim qəbirstanlıqlar mövcuddur. Bu məzarlıqlarda bir çox sərdabələr, daş kitabələr müasir dövrə qədər gəlib çatmışdır. Bundan başqa, qəsəbədə XVII əsrə aid qədim hamam, Şah Abbas dövrünə aid Ovdan və Karvansara, Şurabad Cümə məscidi var. Çox təəssüflər olsun ki, Karvansara sökülüb daşlarından köhnə məktəb binası tikilib və bugünkü dövrə gəlib çatmamışdır.

Coğrafiyası və iqlimi

Şorabad qəsəbəsi Xəzər dənizinin sahilində, Bakı-Quba avtomobil yolunun kənarında yerləşir. Ən yaxın kəndlərdən biri Yaşma kəndidir ki, hazırda da orada məskunlaşma var.

Əhalisi

1935–1950-ci illərdə kənddə 35–40 evin olduğu yaşlı sakinlər tərəfindən söylənilir. Lakin İkinci Dünya müharibəsi illərindən sonra kəndin əhalisi azalmışdır.

1986-ci ildə əhalisi 1420 nəfər təşkil edirdi.

İqtisadiyyatı

Əhalisi əsasən balıqçılıqla məşğuldur.

Şəkilləri

  • Şah Abbas ovdanı
    Şah Abbas ovdanı
  • Şorabad hamamı (XVII əsr)
    Şorabad hamamı (XVII əsr)
  • Cümə məscidi
    Cümə məscidi
  • Qəsəbənin görnüşü
    Qəsəbənin görnüşü
  • Qəsəbənin görünüşü
    Qəsəbənin görünüşü

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şorabad (xızı) sözünün mənası, şorabad (xızı) haqqında məlumat. şorabad (xızı) nədir? şorabad (xızı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Heraldika

  • Fevral 26, 2026

    Aysorlar

  • Fevral 27, 2026

    Alban-Udi kilsəsi

  • Mart 01, 2026

    Mahrızlı (Ağdam)

  • Mart 06, 2026

    Bəyəhməd

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst