Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Osmanlı hökmdarı Sultan Süleyman Qanuni Məhəmməd Füzuliyə doqquz ağça təqaüd təyin etmişdir. Füzuli təqaüdü almaq üçün müraciət etsə də, cəhdi boşa çıxmışdır. O

Şikayətnamə

  • Ana Səhifə
  • Vikipediya
  • Şikayətnamə

Şikayətnamə və ya Nişancı Paşaya məktub — Məhəmməd Füzulinin nəsrlə yazdığı məktubu.

Şikayətnamə
Nişancı Paşaya məktub
Janr məktub
Müəllif Məhəmməd Füzuli
Orijinal dili azərbaycanca
Vikimənbənin loqosu Şikayətnamə Vikimənbədə

Mündəricat

Tarixi

Osmanlı hökmdarı Sultan Süleyman Qanuni Məhəmməd Füzuliyə doqquz ağça təqaüd təyin etmişdir. Füzuli təqaüdü almaq üçün müraciət etsə də, cəhdi boşa çıxmışdır. Ona görə də şair Nişancı Paşaya məktub yazmış, öz şikayətini bildirmişdir.

Analizi

Sultan Süleyman Qanuni (solda) və Məhəmməd Füzuli

"Şikayətnamə" dövrün bədii əsər tələbləri çərçivəsindən kənarda bir əsərdir, şikayət məqsədilə yazılmışdır. Məktub Füzulinin bədii zəkası nəticəsində ərsəyə gəlmiş, buna görə də bədii əsər səviyyəsinə yüksəlmişdir. Əsər janra uyğun olaraq kiçik ölçülüdür, satirik məzmunu və kəskin üslubu vardır. "Şikayətnamə" əslində Osmanlı imperiyasında baş verən özbaşınalığa qarşı bir ittiham və ifşa aktıdır. Əsərdə 3 tərəf mövcuddur: şairin özü, sultan və onun məmurları. Şair özünün başına gələnlərin nəticəsi olaraq, sultanı və məmurlarını tənqid edir, onlara istehza edir. Burada mikromühitin çirkinliyi makromühitin çirkinliyinin sübutu olaraq göstərilir. Bu kiçik məktub Osmanlı imperiyasında baş verənləri ümumiləşdirir, hətta şair özünü də tamah toruna düşdüyü üçün tənqid edir.

"Şikayətnamə" avtobioqrafik əsərdir və Məhəmməd Füzulinin həyatının qısa bir epizodunu təsvir edir. Əvvəlcə şair tamah dalınca düşdüyünü, sultanın ona verdiyi ixtiyarnamədən istifadə edərək maddi yardım almaq istədiyini qeyd edərək əsərinə başlayır. Ancaq həmin ixtiyarnamənin bir kağız parçası olduğu ortaya çıxır və şair pis adamların təhqir obyektinə çevrilir. Ona görə də şair yazır:

Bilmədim kim, şikəstəhal oluram,
Həsəd əhlinə payimal oluram.
Təmə' əşrara xadim olmaq imiş,
Süfəhaya mülazim olmaq imiş,

Əsərdə Füzuli Osmanlı hökmdarı Sultan Süleyman Qanunini və onun verdiyi baratı (sənədi) tərifləyir, sultanı qayğıkeşliyin, ədalətin hamisi adlandırır. Sənədin qara mürəkkəbdən yazılarını ənbərə, nöqtələrini ulduza bənzədir. Ancaq burada istehza vardır. Çünki sənəd şairə xoşbəxtlik gətirmir.

Məktubun ikinci hissəsində şair sənədi Bağdaddakı idarəyə apardığını yazır. Ancaq məsələnin iç üzü burada açılır. Füzulinin qarşılaşdığı məmurlar hiylə torunu, məclisləri qaramal yığnağını xatırladır: "…bir cəm' gördüm, hekayətləri pərişan. Nə səfadan onda əsər, nə sidqdən onda nişan var. Cəmiyyətləri dami-hiyəl, hüzzariməclisləri "ülaikə-kəl-ən'ami bəlhüm əzəllü", hərəkati-nahəmvarları məsabeyisuhani-rub və kəlimati-pürazarları müşabeyi-əmvaci-tufani-Nuh."

Məmurların camaata münasibəti də etinasızdır. "Salam verdim — rüşvət degildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar" sözləri bu münasibətin açıq ifadəsidir:

Dedim:
— Bəratımın məzmunu nə üçün surət bulmaz?
Dedilər:
— Zəvaiddir, hüsuli mümkün olmaz.
Dedim:
— Böylə övqaf zəvaidsiz olurmu?
Dedilər:
— Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?
Dedim:
— Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
Dedilər:
— Ağçamız ilə satın almışız, bizə həlaldır.
Dedim:
— Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
Dedilər:
— Bu hesab qiyamətdə alınır.
Dedim:
— Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
Dedilər:
— Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.

Burada başa düşülür ki, rüşvətxorluğa qoşulanlar təkcə buradakı işçilər deyil, dövlət aparatında yuxarıdan aşağıya bütün məmurlardır. Özbaşınalıq o həddə çatmışdır ki, sultanın verdiyi hökmə məhəl qoyulmur. Məmurların verdiyi cavablar standart, şablonlaşmış cavabları xatırladır. Füzuli bu hadisədən sonra məyus şəkildə dövlət idarəsini tərk edir.

Üçüncü hissədə Füzuli Osmanlı sultanından aldığı baratdan (sənəddən) nifrət etdiyini, baratın isə şairdən xəcalət çəkdiyini qeyd edir. Şair həm də zəvaiddən (ikinci dərəcəli işlərə xərclənən pul) ona təqaüd ayrılmasını bəyənmir, incikliyini kinayəli təşbehlərlə göstərir.

Ədəbiyyat

  • Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şikayətnamə sözünün mənası, şikayətnamə haqqında məlumat. şikayətnamə nədir? şikayətnamə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Suvagil (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Dance-pop

  • Fevral 27, 2026

    Levan Maqalov

  • Fevral 26, 2026

    Yeş Atid

  • Fevral 28, 2026

    Mikki Maus

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst